Ceyhun Bayramov: "Ermənistan silahlı birləşmələrini Azərbaycan ərazisindən tam çıxarmalı, təxribatlara son verməlidir"

Ceyhun Bayramov: "Ermənistan silahlı birləşmələrini Azərbaycan ərazisindən tam çıxarmalı, təxribatlara son verməlidir"
SİYASƏT
15:53 14.09.2022
189
"Sentyabrın 13-də əldə edilmiş atəşkəs bir neçə saat sonra Ermənistan tərəfindən pozulub və mövqelərimiz intensiv atəşə tutulub".

AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker ilə görüşündə deyib.

Nazir Azərbaycanın bölgədə post-münaqişə dövründə yenidənqurma işləri həyata keçirildiyi və sülh təşəbbüsləri ilə çıxış etdiyini, bununla da vəziyyətin gərginləşməsində maraqlı olmadığını vurğulayıb.

XİN başçısı Ermənistanın əldə edilmiş razılıqlar çərçivəsində öhdəliklərini yerinə yetirməsinin, erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən tam çıxarılmasının və təxribatlara son verməsinin vacib olduğunu qarşı tərəfin diqqətinə çatdırıb.
OXŞAR XƏBƏRLƏR