Ceyhun Bayramov Çexiyanın baş naziri ilə görüşdü

SİYASƏT
15:05 23.04.2024
112
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Çexiyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Petr Fiala ilə görüşüb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan XİN-in rəsmi "X" hesabında məlumat verilib.

Bildirilib ki, tərəflər ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin perspektivlərini, COP29-la əlaqədar məsələləri və münaqişədən sonrakı regional dinamikanı müzakirə ediblər.
OXŞAR XƏBƏRLƏR