Ceyhun Bayramov: Görüş zamanı Ermənistanın qaldırdığı mənasız və texniki məsələlərə çox vaxt getdi

Ceyhun Bayramov: Görüş zamanı Ermənistanın qaldırdığı mənasız və texniki məsələlərə çox vaxt getdi
SİYASƏT
17:08 10.10.2020
1315
Ermənistan görüş zamanı o qədər mənasız, texniki məsələlər qaldırırdı ki, onlara görə çox vaxt gedirdi.

AZXEBER.COM-un məlumatına görə, bunu Xarici İşlər naziri Ceyhun Bayramov Moskva görüşünün uzun çəkməsini şərh edərkən deyib.

O qeyd edib ki, Ermənistan tərəfi əhəmiyyətsiz şərtlər irəli sürürdü, lakin onların heç birini qəbul etmədik.

Nazir əlavə edib ki, görüş zamanı texniki fasilələr verilirdi, məsləhətləşmələr aparılırdı.
OXŞAR XƏBƏRLƏR