Ceyhun Bayramov Gürcüstanda rəsmi səfərdədir

Ceyhun Bayramov Gürcüstanda rəsmi səfərdədir
SOSİAL
10:54 22.07.2025
223
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfərlə gəlib.

AZXEBER.COM xəbər verir ki, Azərbaycanın xarici siyasət idarəsinin rəhbərini Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili qarşılayıb.

Hazırda tərəflər arasında görüş keçirilir.

Ceyhun Bayramovun səfəri çərçivəsində Gürcüstan Prezidenti Mixeil Kavelaşvili, Baş nazir İrakli Kobaxidze və Parlamentin sədri Şalva Papuaşvili ilə də görüşləri planlaşdırılıb.

Nazir, həmçinin Gürcüstanın birliyi uğrunda həlak olmuş qəhrəmanların xatirəsinə ucaldılmış memoriala əklil qoyacaq və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək, ona ehtiramını ifadə edəcək.

Bundan əlavə, 2025-ci il iyulun 21-də Tbilisidə Gürcüstan və Azərbaycanın Xarici İşlər Nazirlikləri arasında nazir müavinləri səviyyəsində növbəti siyasi məsləhətləşmələr raundu keçirilib
OXŞAR XƏBƏRLƏR