Ceyhun Bayramov Heydər Zirvəsinə yürüş etmiş XİN əməkdaşlarına təşəkkür etdi

Ceyhun Bayramov Heydər Zirvəsinə yürüş etmiş XİN əməkdaşlarına təşəkkür etdi
SİYASƏT
22:39 19.07.2023
229
Xarici işlər naziri Ceyhun Bayramov Heydər Zirvəsinə yürüş iştirak etmiş XİN əməkdaşlarına təşəkkür edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə XİN tviter hesabında məlumat yayıb.

"Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Xarici İşlər Nazirliyi (XİN) tərəfindən təşkil edilmiş Heydər Zirvəsinə yürüşdə iştirak etmiş XİN əməkdaşları ilə görüşərək, belə əhəmiyyətli təşəbbüslərdə fəal iştiraka görə diplomatlara təşəkkür edib", - XİN-in paylaşımında bildirilir.
OXŞAR XƏBƏRLƏR