Ceyhun Bayramov İsrail XİN-in yüksək vəzifəli şəxsləri ilə görüşdü

Ceyhun Bayramov İsrail XİN-in yüksək vəzifəli şəxsləri ilə görüşdü
SİYASƏT
21:40 17.01.2023
271
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İsrail Dövlətinin Xarici İşlər Nazirliyinin siyasi direktoru Aliza Bin Nunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Bu barədə AZXEBER.COM-a Azərbaycan XİN-dən bildirilib.

İsrail nümayəndə heyəti Xarici İşlər Nazirliyinin Mərkəzi Aparatının yüksək vəzifəli şəxsləri və İsrailin Avrasiya ölkələrindəki səfirlərindən ibarət olub.

Görüş zamanı, tərəflər ikitərəfli və çoxtərəfli münasibətlərin müxtəlif aspektləri, o cümlədən iki ölkə arasında iqtisadi, təhlükəsizlik, təhsil, yüksək texnologiyalar və s. istiqamətlərdə əməkdaşlıq perspektivləri barədə ətraflı müzakirə aparıblar.

Nazir Ceyhun Bayramov ötən il 30 illiyinin qeyd olunduğu Azərbaycan və İsrail arasında diplomatik münasibətlərin və ikitərəfli əməkdaşlığın inkişaf səviyyəsindən məmnunluğunu ifadə edərək, xalqlarımızın birgə yaşayış tarixinin yüz illəri əhatə etdiyini vurğulayıb.

Nazir İsraildə Azərbaycanın turizm bürosunun və ticarət nümayəndəliyinin fəaliyyətinin, bu yaxınlarda Azərbaycanın səfirliyinin təsis edilməsinin münasibətlərin daha da inkişafına əhəmiyyətli töhfə verəcəyini qeyd edib.

Görüş zamanı, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, ölkəmizin ərazilərinin 30 ilə yaxın Ermənistan tərəfindən işğalı, həmçinin 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın Ermənistanla münasibətlərin qurulması və sülh prosesi istiqamətində atdığı addımlar və təşəbbüslər barədə qarşı tərəf məlumatlandırılıb. Bununla yanaşı, Ermənistan tərəfindən törədilən təxribatlar qeyd olunub.

Aliza Bin Nun Azərbaycana səfər etməkdən məmnunluğunu ifadə edərək, İsrailin Avrasiyadakı səfirlərinin görüşünün məhz Bakıda keçirilməsinin İsrailin ölkəmizlə münasibətlərə verdiyi önəmin göstəricisi olduğunu diqqətə çatdırıb.

O, Azərbaycanda yaşayan yəhudi icmasının iki ölkəni birləşdirən körpü rolunu oynadığını bildirib. Aliza Bin Nun İsrail və Azərbaycan arasında ikitərəfli və çoxtərəfli formatlarda mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün səylərin daha da artırılmasında İsrail tərəfinin maraqlı olduğunu diqqətə çatdırıb.

Görüş çərçivəsində iki ölkə arasında yüksək səviyyəli dialoq və səfərlərin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb, həmçinin qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər müzakirə edilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ermənistanda 2,4 bal gücündə zəlzələ baş verib
20:24 02.07.2026
Ermənistanda 2,4 bal gücündə zəlzələ baş verib
Xameneinin dəfnində Azərbaycandan bu şəxslər iştirak edəcək
20:11 02.07.2026
Xameneinin dəfnində Azərbaycandan bu şəxslər iştirak edəcək
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
20:00 02.07.2026
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Qubada XTQ irsinin davamçılarına düşərgə təşkil olunub - VİDEO
19:45 02.07.2026
Qubada XTQ irsinin davamçılarına düşərgə təşkil olunub - VİDEO
Binəqədidə 2 İyul – Azərbaycan Polisi Günü münasibətilə tədbir keçirildi - FOTOLAR
19:41 02.07.2026
Binəqədidə 2 İyul – Azərbaycan Polisi Günü münasibətilə tədbir keçirildi - FOTOLAR
Suriya və Livan arasında razılaşma imzalanıb
19:23 02.07.2026
Suriya və Livan arasında razılaşma imzalanıb
Pistorius: Ukraynadakı müharibə həlledici mərhələyə daxil olub
19:07 02.07.2026
Pistorius: Ukraynadakı müharibə həlledici mərhələyə daxil olub
Dəməşqdə Ədalət Sarayının yaxınlığında partlayış olub
18:47 02.07.2026
Dəməşqdə Ədalət Sarayının yaxınlığında partlayış olub
Avropa Komissiyası Prezidentinin Bakı səfəri strateji tərəfdaşlığın yeni mərhələsini açır ŞƏRH
18:42 02.07.2026
Avropa Komissiyası Prezidentinin Bakı səfəri strateji tərəfdaşlığın yeni mərhələsini açır ŞƏRH
HAMAS İsraillə əməkdaşlıqda ittiham olunan Qəzza sakinini edam etdi
18:35 02.07.2026
HAMAS İsraillə əməkdaşlıqda ittiham olunan Qəzza sakinini edam etdi
İran Hörmüz boğazından keçən tankerlərə xəbərdarlıq edib
18:22 02.07.2026
İran Hörmüz boğazından keçən tankerlərə xəbərdarlıq edib
Polşada Belarusa casusluqda ittiham olunan iki nəfər tutuldu
18:07 02.07.2026
Polşada Belarusa casusluqda ittiham olunan iki nəfər tutuldu
İngilis alimlərdən araşdırma: Sosial media yeniyetmələr üçün tamamilə məhdudlaşdırılmaldır
17:55 02.07.2026
İngilis alimlərdən araşdırma: Sosial media yeniyetmələr üçün tamamilə məhdudlaşdırılmaldır
Bir zamanlar milyonlarla izləyiciləri var idi, indi həbsxana həyatı yaşayırlar - Onlar kimdir?
17:32 02.07.2026
Bir zamanlar milyonlarla izləyiciləri var idi, indi həbsxana həyatı yaşayırlar - Onlar kimdir?
İyulda eşq qapıları bu bürclərin üzünə açılacaq - Proqnoz
17:11 02.07.2026
İyulda eşq qapıları bu bürclərin üzünə açılacaq - Proqnoz
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
17:09 02.07.2026
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası