Ceyhun Bayramov İtaliya səfiri ilə müzakirə apardı

Ceyhun Bayramov İtaliya səfiri ilə müzakirə apardı
SOSİAL
17:15 09.09.2020
570

Xarici İşlər naziri Ceyhun Bayramov İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Auqusto Massarini qəbul edib.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazir Ceyhun Bayramov ölkələr arasında yüksək səviyyəli əməkdaşlıq münasibətlərinin mövcud olduğunu qeyd edərək, iki ölkənin rəhbərləri səviyyəsində imzalanan strateji tərəfdaşlıq haqqında birgə bəyannamələrin bunun bariz nümunəsi olduğunu bildirib.

Ölkələrimiz arasında ali səviyyədə qarşılıqlı səfərlərin həyata keçirilməsinin münasibətlərin daha da möhkəmlənməsinə ciddi töhfə verdiyi qeyd olunub, bu xüsusda Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin fevral ayında İtaliyaya dövlət səfərinin yüksək əhəmiyyəti vurğulanıb.

Səfir Auqusto Massari öz növbəsində ölkələrimiz arasında yüksək səviyyəli strateji əlaqələrin bir çox sahələrdə uğurla inkişaf etdirildiyini qeyd edib.

Tərəflər iki ölkə arasında siyasi, iqtisadi, enerji, təhsil, elm, mədəniyyət və digər sahələrdə əməkdaşlıq münasibətlərinin genişləndirilməsi, o cümlədən qeyri-neft sektorunda layihələrin həyata keçirilməsi məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Dünyanın üzləşdiyi COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində iki ölkənin nümayiş etdirdiyi həmrəylik və qarşılıqlı yardımın Azərbaycan və İtaliya arasında münasibətlərin yüksək səviyyədə inkişafına tam uyğun olduğu məmnunluqla qeyd edilib.

Nazir Ceyhun Bayramov Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, iki ölkənin sərhədində Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən son təxribatı, Ermənistanın siyasi-hərbi rəhbərliyinin bölgədə gərginliyi artırmaq məqsədi güdən fəaliyyət və bəyanatları, eləcə də Azərbaycanın münaqişənin həlli üzrə məlum mövqeyi barədə qarşı tərəfi məlumatlandırıb.

İşğalçı Ermənistan və işğala məruz qalan Azərbaycan tərəfinə tarazlı yanaşma nümayiş etdirilməsinin qəbuledilməz olduğu, uzun illər ərzində müşahidə olunan bu kimi yanaşmanın Ermənistanın işğalçı siyasətinə son qoyması və bu xüsusda konkret addımlar atmaqdan boyun qaçırması üçün əsas təşkil etdiyi vurğulanıb.

Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı İtaliyanın nümayiş etdirdiyi prinsipial mövqeyi ilə əlaqədar səfir Auqusto Massariyə minnətdarlığını bildirib.

Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dəniz sahilini zibilləyən kimlərdir? – Məsuliyyət kimdədir?
17:51 17.07.2026
Dəniz sahilini zibilləyən kimlərdir? – Məsuliyyət kimdədir?
Zelenski: Rusiya ötən gecə 130-dan çox zərbə dronu ilə Ukraynaya hücum edib
17:49 17.07.2026
Zelenski: Rusiya ötən gecə 130-dan çox zərbə dronu ilə Ukraynaya hücum edib
Azərbaycanda iş qəzaları ən çox hansı sahələrdə baş verir? – ARAŞDIRMA
17:41 17.07.2026
Azərbaycanda iş qəzaları ən çox hansı sahələrdə baş verir? – ARAŞDIRMA
Bu il aliment ödəyən qadınların sayı açıqlandı
17:34 17.07.2026
Bu il aliment ödəyən qadınların sayı açıqlandı
II cəhd imtahanlarının nəticələri - 4 nəfər 400 bal topladı
17:23 17.07.2026
II cəhd imtahanlarının nəticələri - 4 nəfər 400 bal topladı
Belçikada isti hava can aldı: Ölənlərin sayı 2 mini keçdi
17:15 17.07.2026
Belçikada isti hava can aldı: Ölənlərin sayı 2 mini keçdi
“Qarabağ ilə bağlı ən böyük arzum reallaşdı” - Seyran Səxavət ilə müsahibə
17:04 17.07.2026
“Qarabağ ilə bağlı ən böyük arzum reallaşdı” - Seyran Səxavət ilə müsahibə
Valideynlərin diqqətinə - Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır
16:56 17.07.2026
Valideynlərin diqqətinə - Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır
Abituriyentlər valideynlərini belə aldadır: Süni intellektlə ballarını artırırlar
16:54 17.07.2026
Abituriyentlər valideynlərini belə aldadır: Süni intellektlə ballarını artırırlar
Bakıda bir ayda 372 kiloqramdan çox narkotik dövriyyədən çıxarıldı
16:27 17.07.2026
Bakıda bir ayda 372 kiloqramdan çox narkotik dövriyyədən çıxarıldı
Qurban Qurbanovdan gözlənilməz QƏRAR
16:22 17.07.2026
Qurban Qurbanovdan gözlənilməz QƏRAR
Yas mərasimlərində qida zəhərlənmələri: Mütəxəssisdən ciddi xəbərdarlıq
16:10 17.07.2026
Yas mərasimlərində qida zəhərlənmələri: Mütəxəssisdən ciddi xəbərdarlıq
Qarabağda həyat yenidən canlanır: Böyük Qayıdışla bağlı son rəqəmlər
15:57 17.07.2026
Qarabağda həyat yenidən canlanır: Böyük Qayıdışla bağlı son rəqəmlər
Sükan arxasında yuxulayan sürücü və xanımı həlak oldu - VİDEO
15:52 17.07.2026
Sükan arxasında yuxulayan sürücü və xanımı həlak oldu - VİDEO
Avtobusda niyə əks istiqamətdə oturmaq istəmirik? – Səbəbi sizi təəccübləndirəcək
15:34 17.07.2026
Avtobusda niyə əks istiqamətdə oturmaq istəmirik? – Səbəbi sizi təəccübləndirəcək
Lavrov vurulan AZAL təyyarəsindən danışdı: Məsələ həllini tapıb
15:32 17.07.2026
Lavrov vurulan AZAL təyyarəsindən danışdı: Məsələ həllini tapıb