Ceyhun Bayramov liseylərin tədris planını təsdiqlədi

Ceyhun Bayramov liseylərin tədris planını təsdiqlədi
SOSİAL
16:56 27.08.2018
3816
Lisey, məktəb-lisey və gimnaziyaların təmayül sinifləri üçün 2018-2019-cu dərs ilinə aid nümunəvi tədris planları təsdiqlənib.

AZXEBER.COM xəbər verir ki, təhsil naziri Ceyhun Bayramov bununla bağlı müvafiq əmr imzalayıb.

Nazir eyni zamanda, istedadlı şagirdlər üçün xüsusi lisey siniflərinin 2018-2019-cu dərs ilinə aid tədris planını təsdiq edib.  

Hər iki əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunub.

OXŞAR XƏBƏRLƏR