Ceyhun Bayramov Maltaya getdi

Ceyhun Bayramov Maltaya getdi
SİYASƏT
10:10 04.12.2024
226
Xarici işlər naziri Ceyhun Bayramov Maltanın paytaxtı Valetta şəhərinə işgüzar səfərə yola düşüb.

XİN-dən AZXEBER.COM-a verilən məlumata görə, səfər çərçivəsində C.Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 31-ci iclasında iştirak edəcək.

Bununla yanaşı, nazirin tədbirdə iştirak edən digər ölkələrin rəsmi şəxsləri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulub.
OXŞAR XƏBƏRLƏR