Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə danışdı - Seçkilərlə bağlı təbriklərini çatdırdı

Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə danışdı - Seçkilərlə bağlı təbriklərini çatdırdı
SİYASƏT
16:33 15.05.2023
211
Mayın 15-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

C.Bayramov Türkiyədə keçirilən prezident və parlament seçkilərində Prezident Rəcəb Tayyib Ərdoğanın və hakim Ədalət və İnkişaf Partiyanın səs çoxluğu ilə irəlidə olması münasibətilə nazir M.Çavuşoğluna təbriklərini çatdırıb. Bu seçkilər nəticəsində qardaş Türkiyənin daha da güclənəcəyinə əminlik ifadə olunub.

Xarici işlər naziri M.Çavuşoğlu göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Telefon danışığı zamanı həmçinin bölgədə cari vəziyyət və sülh danışıqları üzrə son yeniliklər müzakirə edilib.
OXŞAR XƏBƏRLƏR