Ceyhun Bayramov Mövlud Çavuşoğluna zəng edib

Ceyhun Bayramov Mövlud Çavuşoğluna zəng edib
SİYASƏT
12:05 31.10.2020
589
Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Türkiyə XİN rəhbəri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub. 

AZXEBER.COM xəbər verir ki, C. Bayramov bu barədə tvitterdə məlumat yayıb:  "Qardaşım Mevlüt Çavuşoğlu ilə telefon danışığında İzmir zəlzələsi nəticəsində həyatını itirənlərin ailə və yaxınlarına dərin hüznlə başsağlığı bildirdim, yaralılara Allahdan şəfa dilədim. Həmrəyliyimiz, dəstəyimiz, dualarımız sizinlədir, qardaş Türkiyə!”
OXŞAR XƏBƏRLƏR