Ceyhun Bayramov Niderlandın yeni səfiri ilə görüşüb

Ceyhun Bayramov Niderlandın yeni səfiri ilə görüşüb
SİYASƏT
20:36 13.10.2020
809
Bu gün Xarici İşlər naziri Ceyhun Bayramov Niderland Krallığının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Paulin Eizemanın etimadnaməsinin surətini qəbul edib.

XİN-dən AZXEBER.COM-a verilən məlumata görə, C.Bayramov səfir Paulin Eizemanı təyinatı münasibətilə təbrik edərək onun iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə inandığını bildirib.

Etimadnaməsinin surətini C.Bayramova təqdim edən P.Eizema diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasındakı münasibətlərin inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan və Niderland Krallığı arasında mövcud olan əməkdaşlıq münasibətləri üzrə fikir mübadiləsi aparılıb. Nazir iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib və bu baxımdan mövcud potensialdan tam istifadənin zəruriliyini vurğulayıb. Nazir həmçinin Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələr təcrübəsinin davam etdirilməsi məsələsini qeyd edib.

C.Bayramov səfirə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən hərbi işğalı və bu ərazilərdə yaşayan azərbaycanlıların etnik təmizləmə siyasəti barədə məlumat verib. Ermənistanın son təxribatları, o cümlədən 12-16 iyul tarixində Azərbaycan–Ermənistan dövlət sərhədində həyata keçirdiyi hərbi təxribatı, avqust ayında Goranboyda kəşfiyyat qrupunun təxribatı və 27 sentyabrda Azərbaycana qarşı növbəti təcavüz aktı səfirin diqqətinə çatdırılıb.

C.Bayramov məlumat verib ki, Ermənistan silahlı qüvvələri Azərbaycan mövqelərini və kəndlərini təkcə cəbhə bölgəsinin yaxınlığında deyil, həm də Gəncə, Mingəçevir, Xızı və Abşeron kimi münaqişə zonasından uzaqda yerləşən şəhərləri də atəşə tutur. Nazir humanitar atəşkəsin müəyyən olunduğu vaxtdan sonra belə Ermənistanın azərbaycanlı mülki şəxsləri və obyektləri qəsdən atəşə tutmaqda davam etdiyini bildirib. Mülki əhali arasında həyatını itirən və yaralanan şəxslər barədə qarşı tərəfə məlumat verilib.

P.Eizema Hollandiyanın bölgədəki artan gərginlikdən, xüsusilə mülki itkilərdən çox narahat olduğunu qeyd edib. Hollandiyanın Avropa İttifaqının mövqeyini izlədiyini və hərbi əməliyyatların dayandırılmasına çağırdığını vurğulayıb.

Nazir Azərbaycanın bütün işğal olunmuş ərazilərindən işğalçı qüvvələrin tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT TŞ qətnamələrinin həyata keçirilməsinin əhəmiyyətini qeyd edib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şimali Koreyanın raket buraxılışından sonra Cənubi Koreyada təcili iclas keçirilib
08:06 12.10.2026
Şimali Koreyanın raket buraxılışından sonra Cənubi Koreyada təcili iclas keçirilib
Tramp Ağ Evin yeni mətbuat katibinin ilk brifinqinin tarixini açıqlayıb
07:54 12.10.2026
Tramp Ağ Evin yeni mətbuat katibinin ilk brifinqinin tarixini açıqlayıb
Amerikan kəşfiyyat təyyarəsi Krım yaxınlığında görüntülənib
07:43 12.10.2026
Amerikan kəşfiyyat təyyarəsi Krım yaxınlığında görüntülənib
İlon Mask ABŞ ilə Rusiyanı birləşdirə bilər
07:28 12.10.2026
İlon Mask ABŞ ilə Rusiyanı birləşdirə bilər
Ukrayna zərbələri davam etdirməlidir - Kelloq
07:10 12.10.2026
Ukrayna zərbələri davam etdirməlidir - Kelloq
İran naviqasiyası söndürülmüş halda Hörmüzü keçən gəmilərə xəbərdarlıq edib
06:50 12.10.2026
İran naviqasiyası söndürülmüş halda Hörmüzü keçən gəmilərə xəbərdarlıq edib
İndoneziya sahillərində 5,8 maqnitudalı zəlzələ olub
06:38 12.10.2026
İndoneziya sahillərində 5,8 maqnitudalı zəlzələ olub
Misir-Sudan sərhədində qızıl mədəninə hava zərbəsi endirilib, onlarla mədənçi ölüb
06:23 12.10.2026
Misir-Sudan sərhədində qızıl mədəninə hava zərbəsi endirilib, onlarla mədənçi ölüb
Kiyevdə Cənub körpüsünə dron əleyhinə torlar quraşdırılıb
06:08 12.10.2026
Kiyevdə Cənub körpüsünə dron əleyhinə torlar quraşdırılıb
Uitkoff və Kuşner Moskvaya səfərlərini təxirə saldılar
05:50 12.10.2026
Uitkoff və Kuşner Moskvaya səfərlərini təxirə saldılar
İraqın baş naziri oktyabrın 14-də Səudiyyə Ərəbistanına səfər edəcək
05:38 12.10.2026
İraqın baş naziri oktyabrın 14-də Səudiyyə Ərəbistanına səfər edəcək
Aİ Ukraynaya raket və PUA alınması üçün əlavə maliyyə ayıracaq
05:23 12.10.2026
Aİ Ukraynaya raket və PUA alınması üçün əlavə maliyyə ayıracaq
Magyar: Macarıstan Rusiyadan enerji asılılığını azaltmağı planlaşdırır
05:12 12.10.2026
Magyar: Macarıstan Rusiyadan enerji asılılığını azaltmağı planlaşdırır
Səudiyyə Ərəbistanı və İran XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər
05:00 12.10.2026
Səudiyyə Ərəbistanı və İran XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər
Moskvaya uçan 25-dən çox təyyarə ehtiyat aerodromlara yönləndirilib
04:48 12.10.2026
Moskvaya uçan 25-dən çox təyyarə ehtiyat aerodromlara yönləndirilib
Karyerasındakı prinsipləri açıqladı - “Açıq-saçıq geyinmirəm...”
04:36 12.10.2026
Karyerasındakı prinsipləri açıqladı - “Açıq-saçıq geyinmirəm...”