Ceyhun Bayramov Polşada Mövlud Çavuşoğlu ilə görüşdü

Ceyhun Bayramov Polşada Mövlud Çavuşoğlu ilə görüşdü
SİYASƏT
23:09 30.11.2022
404
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Polşada baş tutan ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 29-cu iclası çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

AZXEBER.COM xəbər verir ki, bu barədə nazir tviter səhifəsində yazıb.

Onun sözlərinə görə, görüş zamanı iki ölkə arasında gündəlikdə duran məsələlər və gələcək addımlar müzakirə olunub:

"Hər zaman bir yerdə, bir millət iki dövlət”, - nazir tviterdəki səhifəsində yazıb.
OXŞAR XƏBƏRLƏR