Ceyhun Bayramov: “Qabiliyyətimiz beynəlxalq səviyyədə təqdirlə qarşılanıb”

Ceyhun Bayramov: “Qabiliyyətimiz beynəlxalq səviyyədə təqdirlə qarşılanıb”
SİYASƏT
17:32 04.10.2021
340
"Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyinin prioritetlərindən biri də müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verməklə çoxtərəflilik dəyərlərini təşviq etməkdir”.

AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) Gənclər Şəbəkəsinin Təsis İclasının açılış sessiyasında bildirib.

Nazirin sözlərinə görə, QH-nin Azərbaycan sədrliyi, tədricən qlobal miqyasda ən təsirli gənclər təşkilatlarından birinə çevrilməsi gözlənilən QH Gənclər Şəbəkəsinin konsepsiyasını hazırladı:

"Dünya bu gün tarixin ən böyük gənc nəslinə sahibdir – 1,8 milyard. Bunların 90%-ə yaxını mütləq əksəriyyətini QH üzv dövlətlərinin təşkil etdiyi inkişaf etməkdə olan ölkələrdə yaşamaqdadır. Bir-birləri ilə heç vaxt olmadığı qədər əlaqəli olan gənc insanlar, yenilikçi həll yolları təklif etməklə və sosial inkişafın aparıcı qüvvəsinə çevrilməklə cəmiyyətlərinin inkişafına töhfə verirlər. Eyni zamanda onlar, keyfiyyətli təhsil, səhiyyə, layiqli iş, məcburi yerdəyişmə, ayrıseçkilik və kənarda qalmanın müxtəlif formaları kimi çoxşaxəli çağırışlarla qarşılaşırlar ki, bu da onlara imkanlarından tam şəkildə istifadə etməyə imkan vermir. Gənc insanların bu çağırışların öhdəsindən necə gəlməsi və öz yollarını müəyyən etməsi bəşəriyyətin inkişafı baxımından vacibdir”.

Nazir Azərbaycanın Qoşulmama Hərəkatına verdiyi töhfələrdən söhbət açıb.

"Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyinin prioritetlərindən biri də müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verməklə çoxtərəflilik dəyərlərini təşviq etməkdir. QH sədrliyi kimi bu mühüm və məsuliyyətli vəzifəni qəbul edərkən, Azərbaycan çoxtərəfliliyin və Bandunq prinsiplərinin təşviqinə dair qətiyyətli sadiqliyini bəyan edib. O vaxtdan, biz təsis prinsiplərinin ruhunu və onlara bağlılığın əhəmiyyətini təşviq etmək üçün səylərimizi əsirgəməmişik.

COVID-19 pandemiyasının yayılması ilə baş verən görünməmiş və gözlənilməz miqyasda çağırışlar effektiv çoxtərəflilik üçün başlıca sınaq rolu oynadı. Məmnuniyyətlə qeyd etmək istərdim ki, pandemiyaya qarşı vaxtında, birgə və effektiv addımlarla bizim Hərəkatımız bir daha çoxtərəflilik aləmində davam edən rolunu və etibarlılığını nümayiş etdirib.

Bu mürəkkəb zamanlarda bizim təşkilatlanmaq və praktik həll yolları təklif etmək qabiliyyətimiz beynəlxalq səviyyədə təqdirlə qarşılanıb. Dünya liderləri və nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri böhran qarşısında Hərəkatın nümunəvi və diqqətəlayiq həmrəyliyini təqdir etmişlər. Bizim həmrəyliyimiz nümayiş etdirdi ki, qlobal əhəmiyyətli bir sıra məsələlərə dair QH üzv dövlətləri arasında fərqli mövqelər olsa da, biz ümumi düşmən qarşısında təşkilatlana bildik”, - deyə C.Bayramov bildirib.

Nazir sonda yeni yaradılan Şəbəkənin üzvlərini şərtlər imkan verən kimi Azərbaycana səfər etməyə çağırıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
02:27 26.05.2025
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
01:22 26.05.2025
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
23:51 25.05.2025
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
23:33 25.05.2025
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
23:29 25.05.2025
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
23:16 25.05.2025
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
23:10 25.05.2025
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
20 yaşlı qız dəm qazından zəhərləndi
22:50 25.05.2025
20 yaşlı qız dəm qazından zəhərləndi
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
22:44 25.05.2025
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
22:35 25.05.2025
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
“Putinin helikopterini vurmağa cəhd ediblər”
22:31 25.05.2025
“Putinin helikopterini vurmağa cəhd ediblər”
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
22:13 25.05.2025
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
22:04 25.05.2025
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
21:58 25.05.2025
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
21:44 25.05.2025
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib
21:35 25.05.2025
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib