Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb

Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb
SİYASƏT
10:00 07.03.2026
249
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasına işgüzar səfərə yola düşüb.

XİN-dən AZXEBER.COM-a verilən məlumata görə, martın 7-də xarici işlər naziri Ceyhun Bayramov İstanbul şəhərinə işgüzar səfərə gedib.

Səfər çərçivəsində xarici işlər nazirinin Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirakı və çıxışı nəzərdə tutulub.

Nazir Ceyhun Bayramovun həmçinin yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılıb.


OXŞAR XƏBƏRLƏR