Ceyhun Bayramov Vaşinqtonda keçirilən üçtərəfli görüşdə müzakirə olunan məsələləri AÇIQLADI

Ceyhun Bayramov Vaşinqtonda keçirilən üçtərəfli görüşdə müzakirə olunan məsələləri AÇIQLADI
SİYASƏT
15:04 08.11.2022
357
"ABŞ bu prosesin irəliləməsində və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında çox maraqlıdır”.

Bunu ABŞ-da səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov "Report”un yerli bürosuna açıqlamasında deyib.

Nazirin sözlərinə görə, Vaşinqton şəhərində ABŞ-ın dövlət katibi Entoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın iştirakı ilə keçirilən növbəti üçtərəfli görüşdə rəsmi İrəvan Azərbaycanın sülh müqaviləsinin baza prinsipləri ilə bağlı təklifinə cavabını təqdim edib.

"Bildiyiniz kimi, Azərbaycan və Ermənistan liderləri xarici işlər nazirlərinə iki ölkə arasında imzalanacaq sülh müqaviləsi üzrə danışıqlara başlamaq barədə tapşırıq veriblər. Həmin tapşırığa uyğun olaraq Azərbaycan tərəfi öncədən də təqdim edilmiş baza prinsiplərinə əsaslanan, onun daha geniş işlənmiş versiyasını oktyabr ayının 2-də Cenevrə şəhərində Ermənistan tərəfinə təqdim edib. Azərbaycanın versiyası əsasında ilkin danışıqlar aparılıb və Ermənistan həmin versiyaya baxmaq üçün əlavə vaxtın istəyib və müvafiq zaman ərzində cavabın hazırlanmasına dair fikrini bildirib. Təxminən bir həftə bundan öncə ABŞ-ın dövlət katibi Entoni Blinkenin təşəbbüsü ilə həmin sülh müqaviləsi əsasında Azərbaycan və Ermənistan arasında olan növbəti danışıqların Vaşinqtonda keçirilməsinə dair təklif təqdim edildi və həmin razılaşmaya əsasən Ermənistanın xarici işlər naziri ilə görüşümüz oldu”, - C.Bayramov vurğulayıb.

XİN başçısının sözlərinə görə, görüşdə Ermənistan tərəfi Azərbaycanın sülh müqaviləsi üzrə təqdim etdiyi ilkin baza prinsipləri ilə bağlı öz cavabını və təkliflərini təqdim edib: "Eyni zamanda Ermənistan tərəfinin verdiyi təkliflər əsasında bu gün müxtəlif istiqamətlərdə fikir mübadiləsi aparıldı. Təbii ki, hər bir tərəf təkliflərini verir və onu əsaslandırır. Tərəflər arasında fikir müxtəlifliyi, yanaşmalarda fərqliliklər var. Ancaq, bu əngəl deyil, proses və bu danışıqlar davam edəcək. Düşünürəm ki, müəyyən dövrdən sonra Azərbaycan tərəfi növbəti versiyanı hazırlayıb qarşı tərəfə təqdim edəcək. Növbəti görüş barədə hələ ki konkret bir fikir yoxdur. Düşünürük ki, bu proses davam etməlidir”.

C.Bayramov, ABŞ-ın iki dövlət arasında davam edən diplomatik danışıqlarda iştirakını yüksək qiymətləndirib: "ABŞ-ın dövlət katibi Entoni Blinkenin iştirakı ilə üçtərəfli görüş oldu və bir sıra məsələlər və istiqamətlərə dair fikir mübadiləsi aparıldı. ABŞ-ın dövlət katibi Azərbaycan və Ermənistan arasında münasibətlərin sülh müqaviləsinin imzalanması istiqamətində irəliləməsi və buradan yaxşı nəticələr əldə olunması ətrafında fikirlərini bölüşdü. Bildirdi ki, ABŞ bu prosesin irəliləməsində və Ermənistan Azərbaycan münasibətlərinin normallaşmasında çox maraqlıdır. Fürsətdən istifadə edib qeyd etmək istərdim ki, görüşlərin keçirilməsi və yaradılan şərait çox yüksək səviyyədə idi. Görüş zamanı da ABŞ-ın dövlət katibi və onun komandasına öz təşəkkürümü bildirdim”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Könül Vəlibəyli və iki nəfərin öldüyü, 25 nəfərin xəsarət aldığı yanğınla bağlı həbs edilən klinika direktoru məhkəmədə ifadə verib
20:19 07.10.2026
Könül Vəlibəyli və iki nəfərin öldüyü, 25 nəfərin xəsarət aldığı yanğınla bağlı həbs edilən klinika direktoru məhkəmədə ifadə verib
Sabah bu 5 kənddə qaz olmayacaq
20:12 07.10.2026
Sabah bu 5 kənddə qaz olmayacaq
Gürcüstana gedənlərə şad xəbər: Artıq vaxt itirmədən, bir neçə dəqiqəyə səyahət sığortasını onlayn almaq mümkündür
20:04 07.10.2026
Gürcüstana gedənlərə şad xəbər: Artıq vaxt itirmədən, bir neçə dəqiqəyə səyahət sığortasını onlayn almaq mümkündür
Paşinyan: Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq
20:00 07.10.2026
Paşinyan: Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq
Azərbaycan ekoloji çağırışlar və Xəzər dənizinin dayazlaşmasını qabardıb
19:54 07.10.2026
Azərbaycan ekoloji çağırışlar və Xəzər dənizinin dayazlaşmasını qabardıb
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırıldı
19:31 07.10.2026
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırıldı
NATO Hərbi Komitəsinin rəhbəri Ukraynaya gözlənilməz səfər edib
19:16 07.10.2026
NATO Hərbi Komitəsinin rəhbəri Ukraynaya gözlənilməz səfər edib
AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var
19:05 07.10.2026
AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var
Peskov: Putin-Tramp telefon danışığı hələ razılaşdırılmayıb
19:00 07.10.2026
Peskov: Putin-Tramp telefon danışığı hələ razılaşdırılmayıb
Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb
18:40 07.10.2026
Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb
Ukrayna USL proqramı çərçivəsində Aİ-dən daha 1,2 milyard avro alıb
18:27 07.10.2026
Ukrayna USL proqramı çərçivəsində Aİ-dən daha 1,2 milyard avro alıb
Kimya üzrə Nobel mükafatı laureatları məlum olub
18:14 07.10.2026
Kimya üzrə Nobel mükafatı laureatları məlum olub
"Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament" təsdiq edilib
18:06 07.10.2026
"Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament" təsdiq edilib
Kobaxidze: Gürcüstan Ukrayna və Moldovadan min addım irəlidədir
17:57 07.10.2026
Kobaxidze: Gürcüstan Ukrayna və Moldovadan min addım irəlidədir
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır
17:49 07.10.2026
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır
Türkiyədə özünü Azərbaycanın “dostu” adlandıranlar niyə susur?
17:39 07.10.2026
Türkiyədə özünü Azərbaycanın “dostu” adlandıranlar niyə susur?