Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Tbilisidə görüşəcək.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, nazirlər iyulun 16-da Gürcüstan paytaxtında görüşəcək.
Bu, Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin ilk ikitərəfli görüşüdür. Bundan əvvəl xarici işlər nazirləri Düşənbədə Rusiya xarici işlər naziri ilə üçtərəfli görüşlər çərçivəsində danışıqlar aparıblar.