Tovuz rayon Təhsil Şöbəsinə yeni rəis təyin edilib.
AZXEBER.COM baku.ws-ə istinadən xəbər verir ki, Təhsil naziri Ceyhun Bayramovun əmri ilə Elmira Mürşüdlü Tovuz rayon Təhsil Şöbəsinin rəisi təyin edilib.
E. Mürşüdlü daha öncə Aşağı Quşçu kənd 1 saylı orta məktəbin direktoru vəzifəsində çalışıb.
Yeni rəis Validə Hüseynovanı əvəz edib.