Ceyhun Bayramovla Minsk qrupunun Rusiyalı həmsədri arasında telefon danışığı olub

Ceyhun Bayramovla Minsk qrupunun Rusiyalı həmsədri arasında telefon danışığı olub
Siyasət
18:46 11.10.2020
986

Oktyabrın 11-də Azərbaycan Respublikasının təşəbbüsü ilə Xarici İşlər naziri Ceyhun Bayramov ilə ATƏT-in Minsk qrupunun Rusiyadan olan həmsədri İqor Popov arasında telefon danışığı baş tutub.

Bu barədə AZXEBER.COM-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazir Ceyhun Bayramov humanitar atəşkəsin müəyyən olunduğu vaxtdan sonra belə Ermənistanın azərbaycanlı mülki şəxsləri və obyektləri qəsdən atəşə tutmaqda davam etdiyi barədə məlumat verib. Nazir humanitar atəşkəsin müəyyən olunduğu vaxtdan bir neçə saat sonra Ermənistan silahlı qüvvələrinin cəbhənin Hadrut və Cəbrayıl istiqamətlərində etdiyi hücum cəhdi, erməni əsgərlərinin cəsədlərini yığan və üzərinə aydın şəkildə ağ bayraq sancılan sanitar maşının Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması və təmas xəttindən uzaq yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qalmasını diqqətə çatdırıb. Nazir Gəncəyə edilən hücum nəticəsində 9 mülki şəxsin həlak olduğu, o cümlədən aralarında azyaşlı uşaqlar olmaqla, 35 nəfərin yaralandığı diqqətə çatdırılıb.

Nazir bölgədə yaranmış vəziyyətə görə tam məsuliyyətin Ermənistan siyasi-hərbi rəhbərliyinin üzərində olduğunu bildirib.

ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov yaranmış vəziyyətlə bağlı narahatlığını ifadə edib və əldə edilmiş Moskva razılaşmasının şərtlərinə riayət edilməsinin vacibliyini vurğulayıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ İranla əlaqəli 4 qruplaşmanı terror təşkilatı elan edib
18:11 17.09.2025
ABŞ İranla əlaqəli 4 qruplaşmanı terror təşkilatı elan edib
Polşa hərbi nümayəndə heyəti Ukraynaya səfər edəcək
18:00 17.09.2025
Polşa hərbi nümayəndə heyəti Ukraynaya səfər edəcək
Narkomaniyaya qarşı mübarizə üzrə Dövlət Proqramı təsdiqləndi
17:52 17.09.2025
Narkomaniyaya qarşı mübarizə üzrə Dövlət Proqramı təsdiqləndi
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
17:45 17.09.2025
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
Azərbaycan vətəndaşları Türkiyədə yol qəzasına düşüb, xəsarət alanlar var
17:36 17.09.2025
Azərbaycan vətəndaşları Türkiyədə yol qəzasına düşüb, xəsarət alanlar var
İnsanlar arasında aqressiya niyə artır? - Psixoloq açıqladı
17:27 17.09.2025
İnsanlar arasında aqressiya niyə artır? - Psixoloq açıqladı
Medianın İnkişafı Agentliyinin növbəti könüllülük proqramı uğurla yekunlaşıb — FOTOLAR
16:59 17.09.2025
Medianın İnkişafı Agentliyinin növbəti könüllülük proqramı uğurla yekunlaşıb — FOTOLAR
"Ağdərə rayonunun yenidən inzibati ərazi vahidi kimi formalaşdırılması önəm daşıyır"
16:52 17.09.2025
"Ağdərə rayonunun yenidən inzibati ərazi vahidi kimi formalaşdırılması önəm daşıyır"
""Benfika"nı da gətirin qoyaq Qənimətlər Parkına"
16:43 17.09.2025
""Benfika"nı da gətirin qoyaq Qənimətlər Parkına"
"Survivor" Ayşe ərə gedir - VİDEO
16:35 17.09.2025
"Survivor" Ayşe ərə gedir - VİDEO
Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verildi
16:23 17.09.2025
Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verildi
Bakı metrosu saat 02:00-a qədər işləyəcək - Bu tarixlərdə
16:16 17.09.2025
Bakı metrosu saat 02:00-a qədər işləyəcək - Bu tarixlərdə
İsrail və Suriya nümayəndələri Bakıda görüşəcək: Deputat görüşdən gözləntilərini açıqladı
16:07 17.09.2025
İsrail və Suriya nümayəndələri Bakıda görüşəcək: Deputat görüşdən gözləntilərini açıqladı
Ürəyindən bıçaqlanaraq öldürülən şagirdin - Fotosu
16:06 17.09.2025
Ürəyindən bıçaqlanaraq öldürülən şagirdin - Fotosu
"Taksilər üçün dayanacaqlar çox azdır, bəzən isə ümumiyyətlə yoxdur"
16:04 17.09.2025
"Taksilər üçün dayanacaqlar çox azdır, bəzən isə ümumiyyətlə yoxdur"
"AFFA daşı ətəyindən tökərək yerli mütəxəssislərə üz tutmalıdır”
15:59 17.09.2025
"AFFA daşı ətəyindən tökərək yerli mütəxəssislərə üz tutmalıdır”