Ceyhun Bayramov çinli həmkarı ilə regional təhlükəsizliyi müzakirə edib – Yenilənib

Ceyhun Bayramov çinli həmkarı ilə regional təhlükəsizliyi müzakirə edib – Yenilənib
SİYASƏT
08:59 15.10.2026
632
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda işgüzar səfərdə olan Çin Xalq Respublikasının xarici işlər naziri Vanq Yin ilə görüşüb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə nazirlər yüksək səviyyəli dialoqun, qarşılıqlı etimadın və xalqlar arasında dostluğun ikitərəfli münasibətlərin əsas hərəkətverici qüvvəsi olduğunu vurğulayıblar.

Tərəflər 2025-ci ildə qurulmuş hərtərəfli strateji tərəfdaşlığın sürətlə inkişaf etməsini yüksək qiymətləndiriblər. Azərbaycan Prezidentinin Çinə dövlət səfəri zamanı əldə olunan mühüm razılaşmaların əlaqələrin genişləndirilməsi üçün möhkəm zəmin yaratdığı bildirilib. Qeyd olunub ki, 2027-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 35-ci ildönümü qeyd ediləcək.
 
 
Nazirlər ticarət-iqtisadi əlaqələr, investisiyalar, energetika, nəqliyyat, logistika və bağlantılar sahələrində əməkdaşlığın dərinləşdirilməsi imkanlarını müzakirə ediblər. Azərbaycanın Asiya ilə Avropa arasında mühüm əlaqələndirici həlqə kimi rolu və Orta Dəhlizin regional və regionlararası bağlantıların gücləndirilməsində artan əhəmiyyəti xüsusi vurğulanıb.

Tərəflər BMT, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) və digər beynəlxalq platformalar çərçivəsində qarşılıqlı dəstək göstərmək əzmini bir daha təsdiqləyiblər.

Görüşdə, həmçinin regional təhlükəsizlik vəziyyəti və son hadisələr ətrafında fikir mübadiləsi aparılıb. Mövcud çağırışların aradan qaldırılmasında davamlı dialoqun, diplomatik təmasların və çoxtərəfli əməkdaşlığın əhəmiyyəti qeyd edilib.

Ceyhun Bayramov həmkarına Ermənistanla sülh prosesi, eləcə də Azərbaycanın münaqişədən sonrakı dövrdə işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma işləri barədə məlumat verib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Putin Kremldə Trampın xüsusi elçiləri Uitkoff və Kuşneri qəbul edib
17:45 12.11.2026
Putin Kremldə Trampın xüsusi elçiləri Uitkoff və Kuşneri qəbul edib
Ağciyər Xəstəlikləri İnstitutunun bir korpusu bağlandı
17:39 12.11.2026
Ağciyər Xəstəlikləri İnstitutunun bir korpusu bağlandı
İrlandiyanın Baş naziri: Rusiyanın bu müharibəni dayandırmasının vaxtı çoxdan çatıb
17:21 12.11.2026
İrlandiyanın Baş naziri: Rusiyanın bu müharibəni dayandırmasının vaxtı çoxdan çatıb
İlham Əliyev Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında - FOTO
17:19 12.11.2026
İlham Əliyev Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında - FOTO
Bişkekdə Zəfər Günü qeyd olundu - FOTOLAR
17:16 12.11.2026
Bişkekdə Zəfər Günü qeyd olundu - FOTOLAR
Putin: Ukraynadakı xarici qoşunlar Rusiya üçün qanuni hədəf olacaq
17:11 12.11.2026
Putin: Ukraynadakı xarici qoşunlar Rusiya üçün qanuni hədəf olacaq
Bakıda məşhur restoranda təhlükəli bakteriyalar aşkarlandı - FOTOLAR
17:01 12.11.2026
Bakıda məşhur restoranda təhlükəli bakteriyalar aşkarlandı - FOTOLAR
Dünyanın ən qəribə 5 sərhədi: Bir evdə iki ölkə, bir adada iki dövlət
16:53 12.11.2026
Dünyanın ən qəribə 5 sərhədi: Bir evdə iki ölkə, bir adada iki dövlət
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
16:34 12.11.2026
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Lənkəranda kütləvi zəhərlənmə - 3-ü azyaşlıdır
16:33 12.11.2026
Lənkəranda kütləvi zəhərlənmə - 3-ü azyaşlıdır
“Kabinetdə oturanlar kəndlinin dərdini bilmir” – Naxçıvanda heyvandarlıqla bağlı narazılıq - VİDEO
16:32 12.11.2026
“Kabinetdə oturanlar kəndlinin dərdini bilmir” – Naxçıvanda heyvandarlıqla bağlı narazılıq - VİDEO
İlham Əliyev Maya Sandu ilə görüşdü - FOTO
16:23 12.11.2026
İlham Əliyev Maya Sandu ilə görüşdü - FOTO
Marsol Group partnyorları kişi geyimləri mağazasının açılışında- FOTOLAR
16:16 12.11.2026
Marsol Group partnyorları kişi geyimləri mağazasının açılışında- FOTOLAR
Monteneqro Prezidenti Azərbaycana səfər edəcək
15:59 12.11.2026
Monteneqro Prezidenti Azərbaycana səfər edəcək
Azercell 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib
15:56 12.11.2026
Azercell 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib
12 Noyabr – Konstitusiya Günü: Azərbaycan dövlətçiliyinin hüquqi təməlləri və suveren inkişafının təminatı
15:48 12.11.2026
12 Noyabr – Konstitusiya Günü: Azərbaycan dövlətçiliyinin hüquqi təməlləri və suveren inkişafının təminatı