Rejissorların həyatında müxtəlif filmlər olur. O filmlər bəzən uğur qazanır, bəzən uğursuz olur.
Bu sözləri Gün.Az-a açıqlamasında millət vəkili Ceyhun Osmanlı deyib.O Milli Şuranın son durumu, Rüstəm İbrahimbəyovun namizədlik məsələsi və yeni alternativ namizəd axtarışı ilə bağlı məsələləri şərh edərkən bildirib ki, bu bir filmə bəznəyir:“Rüstəm İbrahimbəyovun həyatında elə filmlər olub ki, bu uğur qazanıb. Amma onun son filmi olan “Milli Şura” filmi uğur qazanmadı. Bu da normal bir haldır.Çünki Hollivudun ən məşhur rejissorlarının belə hansısa filmləri uğursuz ola bilir.Hansısa filmlərin ssenarisi, bəzilərinin rejissoru, bəzilərinin də aktyoru zəif olduğu üçün uğursuz olur. Amma “Milli Şura” filminin bədbəxtçiliyi burda idi ki, onun həm ssenaristi, həm rejissoru, həm də aktyorları zəif idi” – deyə, C.Osmanlı söyləyib.Öncədən ekspertlərin, peşəkar insanların məhz bu amilləri qiymətləndirərək bu film uğursuz olacağı barədə proqnoz verdiklərini xatırladan millət vəkili bildirib ki, təcrübəli şəxslər üçün bu filmin uğursuzluğu təəccüblə qarşılanmadı.“Hesab edirəm ki, onların yeni alternativ vahid namizəd haqqında düşünməsi uğursuz olan filmin son 5 dəqiqəsində 1 aktyorun dəyişilməsinə bənzəyir. Əlbəttə ki, bu filmin ümumi nəticəsinə təsir göstərməyəcək.Bunu həm də futbol oyunu ilə izah etsək, bu addım bir komandanın rəqibinə 0-20 uduzduğu vaxtda son dəqiqədə hansısa oyunçunu dəyişir. Bütün bunlara yekun olaraq demək istəyirəm ki, hər hansısa yeni namizəd axtarışı heç bir nəticə verməyəcək”.