Ceyhun Osmanlı Sloveniya parlamentində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təqdimat keçirib - FOTOLAR

Ceyhun Osmanlı Sloveniya parlamentində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təqdimat keçirib -  FOTOLAR
SİYASƏT
15:00 23.05.2013
1943

Milli Məclisin deputatı Ceyhun Osmanlı Sloveniyada səfərdə olub.

Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Elxan Süleymanovun başçılıq etdiyi nümayəndə heyəti tərkibində Sənaye və energetika naziri Natiq Əliyev, Milli Məclisin deputatları Qüdrət Həsənquliyev, Fazil Mustafa iştirak edib.

Azərbaycan nümayəndə heyəti Sloveniya parlamentində Dağlıq Qarabağla bağlı keçirilən dinləmələrdə iştirak ediblər.

Dinləmələrdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə, işğalçı dövlət tərəfindən aparılmış etnik təmizləmə siyasəti nəticəsində bir milyona yaxın soydaşımızın insan hüquqlarının kütləvi və kobud şəkildə pozulmasına, ölkəmizə dəymiş maddi və mənəvi zərərin miqyasına dair məsələlər müzakirə edilib.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Milli Assambleyanın sədri Yanko Veber, qurumun xarici siyasət və avropa ittifaqı məsələləri komitələrinin üzvləri, Sloveniyanın Baş naziri Alenka Bratusik, Sloveniya parlamentinin xarici əlaqələr komitəsinin sədri Janja Klasinc Lüblyanada, eləcə də Sloveniya–Azərbaycan dostluq qrupunun üzvləri ilə görüşüb.

Görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilib və vurğulanıb ki, münaqişə nəticəsində Azərbaycan torpaqlarının indiyədək işğal altında saxlanılması müstəqillik dövründə ölkəmizin qarşılaşdığı ən böyük problemdir. Münaqişənin beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində həllinə nail olunması Azərbaycanın xarici siyasət fəaliyyətinin əsas istiqamətlərindəndir. Eyni zamanda qeyd edilib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində strateji rol oynayır. Azərbaycanın Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının iştirakçısı və Avronest Parlament Assambleyasının təsisçilərindən biridir.

Həmçinin görüşlərdə tarixi qardaşlıq əlaqələri və əməkdaşlıq perspektivləri müzakirə olunub.

Millət vəkili Ceyhun Osmanlı Sloveniya parlamentinin xarici əlaqələr komitəsində Dağlıq Qarabağla bağlı təqdimat edib. Bildirilib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində on minlərlə insan həlak olub, bir milyondan artıq azərbaycanlı isə qaçqın və məcburi köçkünə çevrilib. Minsk qrupunun vasitəçilik səyləri indiyədək hər hansı bir nəticə verməyib. Münaqişə açıq olaraq qalır və istənilən vaxt təhlükəli miqyasda böhrana çevrilə bilər.

Azərbaycan və Ermənistandakı demoqrafik vəziyyət, iqtisadi vəziyyət, konfliktin sosial təsirləri, beynəlxalq təşkilatların qəbul etdiyi qərarlar və s haqda da geniş bəhs edilib.

Qeyd edək ki, Sloveniya parlamentinin xarici əlaqələr komitəsi işğalı qınayan və Avropanın Şərq sərhədində stabilliyə təhlükə olan bu münaqişə ilə bağlı bəyanatla çıxış edib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Çinə getmək istəyən Azərbaycan vətəndaşlarının NƏZƏRİNƏ - Viza rejimi bu gündən ləğv edildi
08:50 16.07.2025
Çinə getmək istəyən Azərbaycan vətəndaşlarının NƏZƏRİNƏ - Viza rejimi bu gündən ləğv edildi
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:38 16.07.2025
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
23:57 15.07.2025
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
23:49 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
23:37 15.07.2025
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
23:16 15.07.2025
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
22:57 15.07.2025
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
22:35 15.07.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
22:25 15.07.2025
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
22:07 15.07.2025
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
21:58 15.07.2025
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
21:51 15.07.2025
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
21:45 15.07.2025
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
21:37 15.07.2025
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
21:27 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
21:15 15.07.2025
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib