"Qurtuluş" Reabilitasiya Mərkəzinin həbsdə olan rəhbəri Ceyhun Salmanov və mərkəzin daha iki əməkdaşının cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bu gün Sumqayıt Şəhər Məhkəməsində hakim Fərid Nəsimiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Ceyhun Salmanova 3 il 3 ay, Elşad Məhərrəmov 3 il 6 ay, Natiq Əliyev isə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Onların cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 2 il sınaq müddəti seçilməklə şərti hesab olunub.
Hər üç şəxs məhkəmə zalından azadlığa buraxılıb.
///APA











































