Ceyk Pol və Mayk Tayson yarışlardan uzaqlaşdırılıb

İDMAN
20:38 23.11.2024
379
Ceyk Pol və Mayk Taysonun tarixi matçından sonra gözlənilməz hadisə baş verib.
 
AZXEBER.COM xarici mətbuata əsasən xəbər verir ki, AT&T Stadionunda baş tutan və səkkiz raund davam edən döyüşdən sonra hər iki boksçu 24 gün müddətinə yarışlardan kənarlaşdırılıb.

2018-ci ildə boks karyerasına başlayan YouTuber Ceyk Pol və dünya şöhrətli boksçu Mayk Tayson  rinqdə üz-üzə gəlib və 8 raundun sonunda Ceyk Pol qalib olub.
 
Hər iki boksçu Texasda keçirdikləri mübahisəli matçdan sonra boks yarışlarından rəsmən kənarlaşdırılıblar.

Texas Lisenziyalaşdırma və Tənzimləmə Departamentinin qaydalarına əsasən döyüşçülər hər raund üçün üç gün istirahət etməlidirlər. AT&T Stadionundakı döyüş isə ardıcıl olaraq səkkiz raund davam edib. Bu səbəblə də hər iki boksçu 24 gün ərzində boks yarışlarından kənarlaşdırılıb.

Xatırladaq ki, Polun Taysonla döyüşündən 40 milyon dollar, Taysonun isə təxminən 20 milyon dollar qazandığı deyilir.
 
Boks qarşılaşmasını orta hesabla 60 milyon insan canlı izləyib.
 
Aysel

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir