Ceyms Uorlik: “Ümid edirəm ki, Paris görüşü bizi sülhə yaxınlaşdıracaq”

SİYASƏT
11:20 27.10.2014
1079
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik prezidentlərin Paris görüşünün Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində tərəflərin mövqeyini yaxınlaşdıracağına ümidini ifadə edib.Bu barədə o “Tvitter” mikrobloqunda bildirib.

C. Uorlik danışıqlarda iştirak etmək üçün artıq Parisdə olduğunu da vurğulayıb.

“Artıq Parisdəyəm. Prezident Olland prezident Sarkisyan və prezident Əliyevlə görüşlər keçirəcək. Ümid edirəm ki, onlar bizi sülhə yaxınlaşdıracaqlar”, - deyə diplomat yazıb.

Qeyd edək ki, prezidentlərin görüşü bu günə nəzərdə tutulur.//APA

OXŞAR XƏBƏRLƏR