Ceyranbatan su anbarının ərazisindəki yanğının söndürülməsinə helikopterlər cəlb olundu - FOTOLAR

Ceyranbatan su anbarının ərazisindəki yanğının söndürülməsinə helikopterlər cəlb olundu - FOTOLAR
SOSİAL
12:17 11.06.2020
1191
Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Ceyranbatan su anbarının yaxınlığında yanğınsöndürmə işləri davam etdirilir. 

Bu barədə AZXEBER.COM-a FHN-dən məlumat verilib.

Yanğının söndürülməsi üzrə əməliyyata nazirliyin Aviasiya dəstəsinin 2 ədəd helikopteri cəlb olunub.

Əlavə məlumat veriləcək.

***11:44

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Ceyranbatan su anbarının ərazisində quru ot və kol-kos yanması barədə məlumat daxil olub. 

Bu barədə FHN-dən məlumat verilib.

Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri aparılır.
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR