Normal bir atadan və normal anadan dünyaya gələn Bill çapıq dodaq, çapıq yanaq və ikiyə ayrılmış kimi görünən üzlə orlduqca vahiməli görünürdü.Sanki üzü balta ilə iki yerə bölünmüşdü. O vaxtldar həkimlərin Bill üçün edə biləcəkləri bir şey yox idi.Bill böyüdükcə problemləri də böyüyürdü. Tək yaşıdları deyil, hətta böyük insanlar da ondan qaçmağa başladılar. Heç dostu olmayan Bill bu qorxunc sifətinə görə məktəbə də getmədi. Özünə qapalı bir həyat tərzi yaşamağa məcbur oldu.Amma bir gün bəxti Billin üzünə güldü. Festival üçün onun yaşadığı şəhərə gələn sirk, normal insanlardan fərqli olaraq Billi səhnəyə çıxarmağı və qarşılığında pul qazanmağı təklif etdi.Onun burnunun düz üstünə 3-cü göz yerləşdirən sirk zavalı Billin eybəcər sifətini makiyajla daha da qorxunc hala saldı.Qəribə məxluq adı ilə səhnələrə çıxardılan Bill sirk tərəfindən ölkənin bütün əyalətlərini gəzib məşhur bir ismə çenvrildi.Onun bu məşhurluğu Billə evlilik qazandırdı. Özündən 10 yaş böyük olan Midred aldlı bir qadınla evləndi. Bu evlilikdən onun çox sağlam və gözəl bir qızı dünyaya gəldi.Xoşbəxt bir ailəsi olmasına baxmayaraq cəmiyyətdən təcrid olunmuş halda yaşayan Bill 1975-ci ildə vəfat etdi.