CHANGAN Azərbaycanda yeni model avtomobillərin satışına başlayır - FOTOLAR

CHANGAN Azərbaycanda yeni model avtomobillərin satışına başlayır - FOTOLAR
SOSİAL
15:38 22.01.2018
2373
Artıq 4 ildir Azərbaycan avtomobil bazarında yer alan Çinin nəhəng avtomobil istehsalçısı olan CHANGAN markası avtomobil həvəskarlarına yeni avtomobillər təqdim etməyə hazırlaşır.
 
Fevral ayının sonlarında Azərbaycana gətiriləcək Changan Alsvin V3 modeli kompakt sedan tiplidir. Avtomobilin əsas üstünlüyü ekonomik olmasındadır. 1.4 litr mühərrik, 4 pilləli mexaniki transmissiya ilə təchiz olunan Alsvin V3 modeli ilkin ödəniş 10% olmaqla, 1 ildən 5 ilədək sadə kredit şərtləri ilə satışa çıxarılacaqdır.
 
Alsvin V3 modelidə Changan markasının digər modelləri kimi 5 il və ya 120.000 km zəmanətlə təqdim olunur. Xatırladaq ki, Alsvin modelinin V5 versiyası 2013 cü ildə, V7 versiyası isə 2017 ci ildə Azərbaycanda satışa çıxarılıb. Alsvin V3 modelindən əlavə Changan markası yay aylarında kompakt krossover olan CHANGAN CS 15 modelini və sentyabr ayında CHANGAN CS 95 SUV-ini avtomobil həvəskarlarına təqdim edəcəkdir.
 
Changan markasının Azərbaycanda yeganə və rəsmi distribyutoru Sirena Motors şirkətidir. Sirena motorsun təqdim etdiyi avtomobillər haqda ətraflı məlumatı Sirenamotors.az saytından əldə edə bilərsiniz.
 
Satış mərkəzlərinin ünvanları: Mərkəzi satış salonu, Bakı Sumqayıt şosesi 7 ci km. (012) 341 11 33, (012) 341 11 44, (050) 226 32 00 Babək prospekti 2222 (050) 226 32 05 Gəncə şəhəri , Şəmkir şosesi, hava limanının yaxımlığı (070) 991 19 19 QAYNAR XƏTT: 1630
 




OXŞAR XƏBƏRLƏR