“Charlie Hebdo” bir daha Məhəmməd peyğəmbərin karikaturalarını dərc etməyəcək

DÜNYA
17:17 18.07.2015
1396
“Məqsəd İslam dinini təhqir etmək deyildi”.
Fransanın qalmaqallı satirik jurnalı “Charlie Hebdo”nun baş redaktoru Loran Surisso bir daha Məhəmməd peyğəmbərin karikaturalarını dərc etməyəcəyini bəyan edib.
Bu barədə Oxu.Az The Washington Post-a istinadən xəbər verir.
“Biz Məhəmməd peyğəmbərin karikaturalarını özünüifadə azadlığı prinsiplərinin müdafiəsi məqsədilə istifadə edirdik”, - Surisso deyib.
Onun sözlərinə görə, jurnalın işçiləri öz işlərini görüblər - satirik rəsmlər üçün öz hüquqlarını müdafiə ediblər. Riss təxəllüsü ilə tanınan rəssam bildirib ki, rəsmlərin məqsədi İslam dinini təhqir etmək olmayıb.
OXŞAR XƏBƏRLƏR