ChatGPT İnstagram və TikToku keçdi

ChatGPT İnstagram və TikToku keçdi
DÜNYA
23:32 13.04.2025
541
2025-ci ilin mart ayında OpenAI şirkətinin hazırladığı ChatGPT tətbiqi dünyada ən çox yüklənən mobil proqram olub.
 
Bu barədə "App Figures" analitik şirkəti məlumat yayıb.

Statistikaya görə, ChatGPT mart ayında 46 milyon dəfə yüklənib – bunun 13 milyonu iOS, 33 milyonu isə Android istifadəçilərinin payına düşür. Beləliklə, tətbiq TikTok (45 milyon yükləmə) və Instagram* (46 milyon yükləmə, əsasən Android üzərindən) kimi nəhəng platformaları geridə qoyub.

ChatGPT-nin bu uğuruna yeni təqdim edilən şəkil generasiya funksiyası səbəb olub. İstifadəçilər xüsusilə məşhur yapon animasiya studiyası "Studio Ghibli" üslubunda yaradılan şəkillərlə sosial şəbəkələrdə kütləvi şəkildə paylaşım ediblər. Funksiyanın istifadəyə verildiyi ilk həftədə 130 milyon istifadəçi 700 milyondan çox şəkil yaradıb.

Tətbiqin yüklənməsində fevral ayına nisbətən 28 faiz, 2025-ci ilin ilk rübü ilə müqayisədə isə 148 faiz artım qeydə alınıb. Bu, süni intellektin istifadəçi davranışlarına təsirini bir daha göstərir.
 
/BAKU.WS
OXŞAR XƏBƏRLƏR