"ChatGPT"nin təsisçisindən süni intellektin gələcəyi ilə bağlı qorxulu AÇIQLAMA

"ChatGPT"nin təsisçisindən süni intellektin gələcəyi ilə bağlı qorxulu AÇIQLAMA
DÜNYA
11:01 17.05.2023
186
OpenAi-nin Baş İcraçı Direktoru (CEO), ChatGPT-ni inkişaf etdirən Samuel Harris Altman, süni intellekt robotu ChatGPT haqqında səs-küylü açıqlama verib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Altman ən böyük qorxusunun texnologiya sənayesi kimi dünyaya əhəmiyyətli zərər verə biləcəyini söyləyib.

ABŞ Senatının Ədliyyə alt komitəsində ifadə verən Altman ChatGPT-nin hüquqi tənzimləmələrlə məhdudlaşdırılmaması halında ortaya çıxa biləcək problemlər haqqında "Bütün texnoloji inqilablarda olduğu kimi, mən məşğulluğa əhəmiyyətli təsir gözləyirəm, lakin bu təsirin tam olaraq necə görünəcəyini proqnozlaşdırmaq çox çətindir", - deyib.
 
Altman ChatGPT texnologiyasının "çox pis yerlərə gedə biləcəyi" proqnozunu dilə gətirərək Senatı xəbərdar edib.

ChatGPT-nin artan populyarlığı və süni intellektin müsbət və mənfi imkanları haqqında danışan Samuel Harris Altman hökumətin bu dəyişikliklərin idarə olunmasını təmin etmək üçün addım atmalı olduğunu etiraf edib.

Altman 3 saat davam edən görüşdə ABŞ senatorlarına süni intellekt texnologiyalarının lisenziyalaşdırma auditinin aparılması üçün müstəqil mexanizm yaratmağı tövsiyə edib və bunun onların təhlükəli imkanlarının qiymətləndirilməsi də daxil olmaqla bir sıra təhlükəsizlik standartlarının yaradılmasına imkan verəcəyini bildirib.

Bu yolla, Altmanın dediyinə görə, modellərin "özünü təkrarlaya və özbaşına hərəkət edə bilməyəcəyini" təmin edə bilərik.

Qeyd edək ki, komitə iclasında çıxış edən bəzi senatorlar da süni intellekt bazarında korporativ əməkdaşlıq barədə xəbərdarlıq edərək, bu sektorda az sayda texnologiya şirkətinin hökm sürməsi halında qarşılaşa biləcək problemlərə işarə ediblər.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR