CHP-li deputatla bağlı qalmaqal böyüyür: Cinsi təcavüz iddiası araşdırılır

CHP-li deputatla bağlı qalmaqal böyüyür: Cinsi təcavüz iddiası araşdırılır
DÜNYA
10:41 14.08.2026
615
Türkiyənin Ədirnə şəhərində CHP millət vəkili Ahmet Baran Yazganın da olduğu evdə səhər saatlarında baş verən insidentlə bağlı araşdırma başlanıb.

AZXEBER.COM-un xarici mətbuata istinadən verdiyi məlumatına görə, saat 03:15 radələrində polisə daxil olan məlumat əsasında hadisə yerinə gedən əməkdaşlara Yazgan döyüldüyünü, telefonunun əlindən alındığını və döyülmə anının görüntülərinin çəkildiyini bildirib.
 
Daha sonra onun telefonu soyuducunun altında tapılıb.

Hadisə ilə bağlı 3 nəfər saxlanılıb. Şübhəlilər ifadələrində ad günü qeyd edildikdən sonra evdə spirtli içki qəbul edildiyini və Yazganın orada olan qadınlardan birinə qarşı cinsi məzmunlu ifadələr işlətdiyini, onunla birlikdə olmaq istədiyini söylədiyini iddia ediblər.

İddialara görə, mübahisə məhz bu sözlərdən sonra davaya çevrilib. Hadisə zamanı çəkilən mobil telefon görüntüləri də istintaq materiallarına daxil edilib. Görüntülərdə Yazganın döyüldüyü əks olunub.

Araşdırmanın digər istiqamətində isə deputatla bağlı cinsi təcavüz iddiası araşdırılır. Ədirnə Respublika Baş Prokurorluğunun məsələ ilə bağlı araşdırma apararaq sənədləri Ankara Respublika Baş Prokurorluğuna göndərmək üçün müvafiq sənəd hazırlayacağı bildirilir.

Millət vəkili polisə ifadə verməkdən imtina etdiyi, prokurorluq tərəfindən ifadə verməyə çağırılmasının planlaşdırıldığı qeyd olunur.
 
Gülay

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
08:55 18.10.2026
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
08:49 18.10.2026
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
08:36 18.10.2026
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
Kollecdə faciə: Ölən və yaralananlar var
08:30 18.10.2026
Kollecdə faciə: Ölən və yaralananlar var
Xırdalanda uşaq əyləncə mərkəzindəki yanğın məhdudlaşdırılıb - Yenilənib
08:26 18.10.2026
Xırdalanda uşaq əyləncə mərkəzindəki yanğın məhdudlaşdırılıb - Yenilənib
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
08:23 18.10.2026
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
08:16 18.10.2026
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
08:09 18.10.2026
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
08:00 18.10.2026
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
07:50 18.10.2026
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
Nyu-York metrosunda 30 yaşlı kişi güllələnərək öldürülüb
07:23 18.10.2026
Nyu-York metrosunda 30 yaşlı kişi güllələnərək öldürülüb
Livan ABŞ və İsrail hərbçiləri ilə danışıqlara başlayır
07:12 18.10.2026
Livan ABŞ və İsrail hərbçiləri ilə danışıqlara başlayır
Lionel Messinin şərəfinə yeni bitki növü adlandırılıb
07:00 18.10.2026
Lionel Messinin şərəfinə yeni bitki növü adlandırılıb
Tramp ABŞ və Kanadanın gec-tez ticarət sazişi imzalayacağını bildirib
06:40 18.10.2026
Tramp ABŞ və Kanadanın gec-tez ticarət sazişi imzalayacağını bildirib
“İflic olacağam və yataqda qalacağam”
06:28 18.10.2026
“İflic olacağam və yataqda qalacağam”
Makronu ölümlə hədələdilər
06:10 18.10.2026
Makronu ölümlə hədələdilər