"Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Səudiyyə Ərəbistanının Ciddə şəhərindən Bakıya həyata keçirilməsi olan reysi (J2-1092) texniki səbəblərə görə gecikir.
AZXEBER.COM xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.
Bildirilib ki, sərnişinlər Bakıya digər təyyarə ilə yola düşəcəklər.
Onlar aviaşirkətin qaydalarına uyğun olaraq içkilər və qidalanma da daxil olmaqla bütün lazımi vasitələrlə təmin ediləcək.