Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı

Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı
SOSİAL
10:28 11.07.2025
151
İyulun 10-da ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 87, o cümlədən borclu şəxs qismində axtarışda olan 75 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      
Narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.
OXŞAR XƏBƏRLƏR