“Cinsi azlıqlar oriyentasiyalarını önə çəkməklə...” - Ramil Usubov

“Cinsi azlıqlar oriyentasiyalarını önə çəkməklə...” - Ramil Usubov
SİYASƏT
21:49 16.10.2017
1874
Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Bakıda cinsi azlıq nümayəndələrinin saxlanılması ilə bağlı məlumatların təqdim edilməsi barədə Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Nils Mujnieksin müraciətinə cavab verib.
 
AZXEBER.COM-un APA-ya istinadən verdiyi məlumata görə, R. Usubov cavab məktubunda qeyd edib ki, Bakıda cinsi azlıqlara qarşı tədbirlər əhalinin çoxsaylı şikayətləri əsasında aparılıb:
 
"Daxil olan şikayətlər əsasında Bakı şəhərində sentyabrın 15-dən 30-dək həyata keçirilmiş profilaktik tədbirlərlə paytaxtın müxtəlif ərazilərində toplaşan cinsi azlıqların yüzlərlə nümayəndəsindən yalnız ictimai qaydanı kobud surətdə pozaraq xırda xuliqanlıq törədən, həmin yerlərdə ictimai qaydanın mühafizəsi vəzifəsini icra edən polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmayan 83 nəfər saxlanılıb və barələrində qanunvericiliklə müəyyən edilmiş qaydada sənədləşmə aparılıb. Saxlanılan şəxslərin yol verdikləri qanun pozuntuları məhkəmə qaydasında sübuta yetirildiyindən onlardan 56 nəfəri barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaq) maddələri ilə 5 gündən 30 günədək inzibati həbs tətbiq olunub, 18 nəfər cərimələnib, 9 nəfərə xəbərdarlıq edilib”.
 
R. Usubov məktubunda həmçinin saxlanılan cinsi azlıqlarda təhlükəli infeksiyaların aşkarlandığını qeyd edib:
 
"Müayinələrin nəticələrinə görə 32 nəfərdə müxtəlif zöhrəvi xəstəliklər, o cümlədən 16 nəfərdə sifilis, 6 nəfərdə AİDS, 6 nəfərdə HİV, daha 2 nəfərdə Hepatit HCV virusu aşkar edilib. Eləcə də zöhrəvi xəstəlik aşkar edilməmiş daha 24 nəfərin həbsdə saxlanıldığı müddətin islah olunmaları üçün kifayət etməsi nəzərə alınaraq onlar oktyabrın 2-də məhkəmələr tərəfindən vaxtından əvvəl inzibati həbsdən azad ediliblər”.
 
Nazir bəyan edib ki, saxlanılan cinsi azlıqların hüquqlarının pozulması ilə bağlı iddiaların heç bir əsası yoxdur: "Azərbaycanda bütün qrup insanların hüquqları heç bir məhdudiyyət olmadan təmin edilir və cinsi azlıqlarla bağlı respublikamızda mövcud olan vəziyyət əksər Avropa dövlətlərindəki vəziyyətdən fərqlənmir. Lakin son illər ölkəmizdə hansısa hüquqazidd əməli törətmiş cinsi azlığın nümayəndələri özlərinin cinsi oriyentasiyasını önə çəkməklə məsuliyyətdən yaxa qurtarmağa çalışırlar. Bu cür məsələlər isə Azərbaycanda yalnız müvafiq beynəlxalq təşkilatların da hüquqi ekspertizasından keçmiş qanunvericilik aktları çərçivəsində həll edilir. Odur ki, cinsi azlıqların nümayəndələrinin hüquqazidd əməl törətməsi onları məsuliyyətdən azad edə bilməz”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Neftçalada “Qırmızı kitab”a düşən ceyranı bişirib YEDİLƏR
15:52 26.07.2025
Neftçalada “Qırmızı kitab”a düşən ceyranı bişirib YEDİLƏR
Pezeşkian: İran Azərbaycan və digər qonşu ölkələrlə əlaqələri gücləndirəcək
15:41 26.07.2025
Pezeşkian: İran Azərbaycan və digər qonşu ölkələrlə əlaqələri gücləndirəcək
XİN Maldivin Müstəqillik Gününü təbrik edib
15:19 26.07.2025
XİN Maldivin Müstəqillik Gününü təbrik edib
Şuşada yanğın zamanı mina partlayışları oldu
15:16 26.07.2025
Şuşada yanğın zamanı mina partlayışları oldu
Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır
15:05 26.07.2025
Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır
Mətbuat Şurası “Ədalət” qəzetinin 35 illik yubileyini təbrik etdi
14:45 26.07.2025
Mətbuat Şurası “Ədalət” qəzetinin 35 illik yubileyini təbrik etdi
Bəzi rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq
14:33 26.07.2025
Bəzi rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq
“Biz Ermənistan cəmiyyətində yeni reallıqları sarsıtmaq tendensiyalarını görürük”
14:15 26.07.2025
“Biz Ermənistan cəmiyyətində yeni reallıqları sarsıtmaq tendensiyalarını görürük”
Prezidentin köməkçisindən Zəngəzur dəhlizinə ABŞ şirkətinin nəzarət edəcəyi ilə bağlı xəbərlərə MÜNASİBƏT
14:14 26.07.2025
Prezidentin köməkçisindən Zəngəzur dəhlizinə ABŞ şirkətinin nəzarət edəcəyi ilə bağlı xəbərlərə MÜNASİBƏT
Qısamüddətli yağış yağış, yolları su basdı - VİDEO
14:04 26.07.2025
Qısamüddətli yağış yağış, yolları su basdı - VİDEO
"Minsk Qrupunun tarixdən silinməsini istəyirik" - Hikmət Hacıyev
13:58 26.07.2025
"Minsk Qrupunun tarixdən silinməsini istəyirik" - Hikmət Hacıyev
AFFA-nın mətbuat katibi dəyişdi
13:56 26.07.2025
AFFA-nın mətbuat katibi dəyişdi
"Bir də Bodruma getməyəcəyəm"
13:47 26.07.2025
"Bir də Bodruma getməyəcəyəm"
Bəzi rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq
13:44 26.07.2025
Bəzi rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq
"Melissa Park"ın sakini evindəki çatlardan şikayətləndi: "Dedilər, yəqin özünüz sındırmısınız"
13:38 26.07.2025
"Melissa Park"ın sakini evindəki çatlardan şikayətləndi: "Dedilər, yəqin özünüz sındırmısınız"
"Azərbaycan Rusiyanı AZAL-ın təyyarəsinin vurulması işində məsuliyyəti öz üzərinə götürməyə çağırır"
13:33 26.07.2025
"Azərbaycan Rusiyanı AZAL-ın təyyarəsinin vurulması işində məsuliyyəti öz üzərinə götürməyə çağırır"