Cinsi təcavüzə məruz qalan qadın çılpaq halda küçəyə qaçıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Bolunun Mudurnu rayonunda xarici ölkə vətəndaşı A.A tərəfindən cinsi zorakılığa məruz qalan 1 uşaq anası S.A evdən çılpaq şəkildə qaçaraq küçədəki mağaza sahiblərinə sığınıb.
Məlumata görə, sosial şəbəkə vasitəsi ilə tanış olduqları öyrənilən xarici vətəndaş A.A və 1 uşaq anası S.A arasında evdə olarkən naməlum səbəbdən mübahisə düşüb. Mübahisə böyüyərkən S.A mətbəxdən tapdığı bıçaqla A.A-nın boyun nahiyəsinə xəsarət yetirib. Uşağını da özü ilə aparan S.A evdən çılpaq qaçaraq küçədəki iş yerinə sığınıb.
Qadının ifadəsindən sonra A.A "seksual zorakılıq" maddəsi ilə həbs olunaraq təcridxanaya göndərilib.
Ayşən