Cinsiyyətini dəyişdirən gənc özünü öldürdü

Cinsiyyətini dəyişdirən gənc özünü öldürdü
MARAQLI
14:29 10.01.2020
6572
İngiltərənin Norviç qəsəbəsində cinsiyyətini dəyişən 25 yaşlı gənc intihar edib.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı saç ustası Max Cresham cinsiyyət dəyişdirmə ərəfəsində özünü asaraq öldürüb.
 
Qadın olaraq doğulan Max 2017-ci ildə cinsiyyətini dəyişdirərək kişi olmaq qərarına gəlib. Lakin o, sinə əməliyyatından sonra depresiyaya düşüb.
 
Psixoloji sarsıntı keçirən gənc saç ustası evin arxa baxçasında özünü asaraq intihar edib.
 
Mövzuyla bağlı Creshamın anası Wendy Cresham deyib: "Maks hər zaman pozitiv biri olub. Lakin cinsiyyət dəyişdirmə qərarını vermədən bir il öncə sıxıntı və narahatçılıq içində idi”.
 
Mələk
OXŞAR XƏBƏRLƏR