Cinsiyyətini dəyişən qaradərili aktrisa öldürüldü

Cinsiyyətini dəyişən qaradərili aktrisa öldürüldü
MAQAZİN
13:04 07.04.2026
435
Transgender aktrisa Şayell Daymond Sançez-MakKrey Virciniya ştatının Peterburq şəhərində silahlı hücuma məruz qalıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, aktrisa baş verən atışmada öldürülüb.

MakKreyin ölümü bu il ABŞ-da qeydə alınmış ilk transgender qətlidir.
 
Qeyd edək ki, Trans Bərabərliyi Müdafiəçiləri tərəfindən ötən ilin noyabr ayında dərc edilmiş hesabatına əsasən 2025-ci ildə ən azı 27 transgender insan qətlə yetirilib, daha 21 nəfər isə intihar edərək həyatına son qoyub.
 
Qeydə alınan ölümlərin on yeddisi silahlı zorakılıq nəticəsində baş verib və 17 qurbanın hamısı qaradərili transgender qadınlar olub.
 
Aysel
OXŞAR XƏBƏRLƏR