Xəbər verdiyimiz kimi, "Inception", "Juno" və "X-Men" seriallarının məşhur aktrisası Elliot Page keçən il cinsiyyətini dəyişdirib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, "Umbrella Academy" serialında rol alan aktrisa Elliot Pagenin "Raya" adlı tanışlıq tətbiqindən istifadə etdiyi üzə çıxıb.
Məlumata görə, səhifədə iti ilə birlikdə çəkilmiş fotoşəkillər və "Transseksual uşaqları qoruyun" yazılmış köynək geyinmiş başqa bir şəkil də var. Həmçinin profil Annie Lennox və Steven Lipsonun "Don't Let It Bring You Down" parçası ilə müşayiət olunduğu bildirilir.

Yalnız dəvət olunmuş qonaqlar tərəfindən istifadə edilə bilən tətbiq əvvəllər Ben Affleck, Matthew Perry, Channing Tatum, Lizzo, John Mayer, Drew Barrymore və Chelsea Handler kimi adlarla gündəmə gəlib.
Qeyd edək ki, məşhur aktrisa 2020-ci ilin dekabr ayında sosial media hesabında gündəmə çevrilən "Salam uşaqlar, trans kimliyimi sizinlə bölüşmək istəyirəm və adım Elliot olaraq dəyişdi" ilə başlayan bir məktub paylaşmışdı.
Mikayıl
Mikayıl