Arabesk musiqisinin tanınan siması Devran Çağlar da 2011-ci ildə cinsiyyətini dəyiştirərək Almaniya vətəndaşı ilə ailə qurmuşdu. O, 2019-cu ildə ürəktutmasından vəfat edib.
Aktrisa Nil Erkoçlar da 2013-cü ildə kariyerasının zirvəsində cinsiyyət dəyişdirərək oğlan olmaq qərarına gəlib. Maddi və mənəvi çox böyük çətinliklərlə üzləşdiyini hər fürsətdə dilə gətirən aktrisa həyatına Rüzgar Erkoçlar olaraq davam edir. O, hətta Tuğba Beyazoğlu adlı xanım ilə ailə həyatı qurub. Onu da qeyd edək ki, Rüzgar Erkoçların bacısı Gül Erkoçlar da cinsiyyətini dəyişdirərək adını Görkəm Batu olaraq dəyişib.
Türkiyənin ilk transgender aktrisa və müğənnisi isə əslən çərkəz olan Ayta Sözeridir. İnsan və LGBT haqları aktivisti olan aktrisa Almaniyada doğulub, Türkiyədə bir çox seriallarda rol alıb, konsertlər verib.
Sosial media fenomeni Selin Ciyerci bir zamanlar Bebek Okan adı ilə sosial mediada məşhurlaşmışdı. O daha sonra cinsiyyət dəyişdirərək adını Selin Ciyərci qoymuşdu. Bununla da kifayətlənməyən Selin, məşhur futbolçu Gökhan Çıra ilə ailə həyatı qurmuşdu. Ən böyük arzusunun ana olmaq olduğunu deyən Ciyerci surroqat ana vasitəsilə qız övlad sahibi də olub.
Hər kəsin maraqla izlədiyi "İşte benim stilim" yarışmasının adından söz etdirən iştirakçılarından biri olan Neslihan Doğrusöz də cinsiyyət dəyişdirərək Doruk Doğrusöz adı ilə həyatına davam edir. 2024-cü ildə müğənni Sevda Demirelle nişanlanan Doruk Doğrusöz evlilik hazırlığındaykən ani qərarla segilisindən ayrılıb.
"Çukur" serialındakı Timsah obrazı ilə şöhrət qazanan Ahmet Melih Yılmaz son illərdə cinsiyyət dəyişdirmə əməliyyatı keçirərək pərəstişkarlarına şok yaşadıb. Cinsiyyət dəyişikliyi əməliyyatı edən Ahmet Melih Yılmaz xarici görünüşünü dəyişdikdən sonra adını da Meli Bendeli olaraq dəyişdirib. Aktyor işsizlikdən şikayətlənərək "Kaş ki, qadın olmaq istədiyim üçün işim əlimdən alınmasaydı, kaş ki, məcbur olmasaydım. Kaş ki, hər şey bu qədər çətin olmayaydı” sözlərini demişdi.
"İlişki Durumu Qarışıq" serialında Güləndam obrazı ilə rol alan aktrisa Aybike Esin Tumluer də cinsiyyətini dəyişib. O, adını da dəyişərək Atlas Karan qoyub. Məşhur aktrisanın son görünüşü görənləri heyrətə gətirib.