Cırtdan 'Maşa və Medved'in qonağı oldu

MARAQLI
15:26 29.03.2013
7271

Akademik Milli Dram Teatrında “Maşa və Ayı” tamaşası nümayiş olunub. Quruluşçu rejissoru Qoça Kviçanın olduğu tamaşa doğma dilimizdə səhnələşdirilib. Maşa rolunu Maka Tsintsadze, səsləndirməni isə Məsmə Aslanqızı yerinə yetirib. Hər kəsin sevimlisi olan balaca və dəcəl Maşa öz yaddaqalan hərəkətləri və jestləri ilə tamaşaçıların üzündə gülüş yaradıb.

Tamaşa şəhərimizdən öncə Gürcüstanın Tbilisi, Kutaisi və Batumi şəhərlərində nümayiş olunub. 56 dəfə oynanılan “Maşa və ayı” azərbaycanlı izləyicilər tərəfindən də böyük maraqla qarşılanıb.

Tamaşada Azərbaycan folklorunun ən məşhur personajı Cırtdan da yer alıb. Belə ki, Maşagilə qonaq gələn Cırtdan ona Novruz bayramı haqqında məlumat verib, bayram şirniyyatlarının hazırlanma qaydasını öyrədib.

Sonda onu da bildirək ki, bu layihə silsilə xarakteri daşıyır və gələcəkdə də davam etdiriləcək. 

OXŞAR XƏBƏRLƏR