"City Garden Narimanov" GPM360 mükafatı qazandı!

"City Garden Narimanov" GPM360 mükafatı qazandı!
İQTİSADİYYAT
18:09 14.04.2025
588

"Kristal Abşeron”un "City Garden Narimanov” layihəsi Green Project Management (GPM) Global tərəfindən təqdim edilən GPM360 beynəlxalq mükafatına layiq görülüb!

Aprelin 10-da həyata keçirilən ikinci "Sustainable Construction Summit” (Dayanıqlı Tikinti Zirvəsi) tədbirində "Kristal Abşeron”un  Müşahidə Şurasının sədri Mahayət Nəbiyevə GPM 360 (Green Project Management) sertifikatı təqdim olunub. Layihənin bu beynəlxalq mükafata layiq görülməsi sosial, ekoloji və iqtisadi aspektlərdə əldə etdiyi yüksək nəticələrin və dayanıqlılıq meyarlarına ciddi şəkildə əməl olunmasının sübutudur.

GPM360 layihələrin idarə olunması prosesində dayanıqlılıq prinsiplərinin tətbiqini və P5 modeli (Məhsul, Proses, İnsanlar, Planet və Rifah) üzrə dayanıqlı inkişaf məqsədlərinə uyğunluğunu qiymətləndirən beynəlxalq sertifikasiya prosesidir. Bu qiymətləndirmə layihənin yalnız texniki və iqtisadi göstəricilərini deyil, həm də insan haqlarına, ətraf mühitin qorunmasına, sosial məsuliyyətə və uzunmüddətli rifaha töhfəsini əhatə edir. 

"City Garden Narimanov” layihəsi qiymətləndirmə mərhələsində GPM360-ın tələb etdiyi bütün əsas sənədləri və məlumatları tamlıqla təqdim etmiş, sosial, ekoloji və iqtisadi təsirlərə dair ətraflı hesabatlarla fərqlənmişdir.

Bu uğur Kristal Abşeronun yalnız tikinti sektorunda deyil, dayanıqlı inkişaf sahəsində də strateji yanaşmaya sahib olduğunu bir daha nümayiş etdirir. "City Garden Narimanov” layihəsinin GPM360 mükafatı ilə təltif olunması, onun beynəlxalq standartlara uyğunluğunu və Azərbaycanda dayanıqlı tikinti sahəsində aparıcı mövqelərdən birini tutduğunu göstərir. 

Qeyd edək ki, "City Garden Narimanov”  layihəsi daha öncə də nüfuzlu beynəlxalq daşınmaz əmlak mükafatı olan "International Property Awards”a layiq görülüb.

Ətraflı: *1544 və ya 050 293 10 10

Ünvan: Nərimanov rayonu, İslam Abışov küçəsi

kristalabsheron.az

Qeyd edək ki, "City Garden Narimanov" layihəsinin "GPM360" sertifikatına müraciəti, hazırlığı və sertifikatın alınması PMO.az şirkətinin dəstəyi ilə həyata keçirilib.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
Laçında insan skeletinin qalıqları tapıldı
21:12 10.07.2025
Laçında insan skeletinin qalıqları tapıldı