““City Garden Narimanov”da alternativ enerjidən istifadə ediləcək” – Mahayət Nəbiyev

““City Garden Narimanov”da alternativ enerjidən istifadə ediləcək” – Mahayət Nəbiyev
İQTİSADİYYAT
17:51 17.05.2024
521
16 may tarixində Kristal Abşeron, PAŞA İnşaat, PMD Projects və 80-ə yaxın digər dövlət və özəl müəssisələrin tərəfdaşlığı ilə Azərbaycan Memarlıq və İnşaat Universitetində karyera sərgisi təşkil olunub. Karyera sərgisində 3000-dən çox gənc üçün 600-dək vakansiya və təcrübə imkanları təqdim edilib. 

 

Sərginin açılış mərasimində "Kristal Abşeron"un Müşahidə Şurasının sədri Mahayət Nəbiyev də çıxış edib. Mahayət Nəbiyev çıxışında COP29 beynəlxalq konfransı başda olmaqla ölkəmizdə həyata keçirilən yüksək səviyyəli enerji siyasətinin vacibliyini və bu yöndə "Kristal Abşeron”un həyata keçirdiyi layihələri də vurğulayıb: "Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin əsas prioritetidir. Bu prioritet əsasında qazanılan uğurlardan biri olacaq COP29-a 2024-cü ildə ev sahibliyi edilməsi Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsidir. İşğaldan azad edilmiş torpaqların "Yaşıl enerji” zonası elan edilməsi və bu istiqamətdə aparılan digər uğurlu islahatlara tövfə vermək məqsədi ilə, biz də "Kristal Abşeron” olaraq yeni layihələrə imza atırıq. Belə ki, 17 hektar yaşıllıq əraziyə malik olan unikal yaşayış kompleksimiz "City Garden Narimanov”da alternativ enerji mənbəyi kimi istifadə üçün Günəş panelləri quraşdırılır. Bu yaşayış kompleksində olan hər blok üçün innovativ texnologiya ilə qurulan və həmin bloka xidmət edən özəl mərkəzi istilik sistemlərində qaz və günəş kollektorlarının birgə işləməsinə şərait yaradır. Bu da layihədə istiliyə olan tələbatın 30-32%-ini, isti suya olan tələbatın isə 70-75%-ini ödəməklə nəticədə ümumi qaza olan ehtiyaca 38-40% qənaət etmiş olacaq.  Sözügedən layihəmizin daxilində bütün infrastrukturları, yəni geniş ticarət mərkəzi, məktəb, bağça, fitness, hovuz, iaşə obyektlərini toplamışıq.  Hər bir sakinin gündəlik ehtiyaclarını qarşılaması üçün istifadə etdiyi yanacaq sərfiyyatını azaltmaq və havaya atılan zərərli qazların miqdarını azaltmaq üçün bu kimi amillərə inşa etdiyimiz yaşayış komplekslərində xüsusi diqqət ayırırıq. Bundan başqa həyata keçirdiyimiz bütün layihələrdə binaların fasadını innovativ tələblərə cavab verən xüsusi izoliyasiya materialları ilə izolyasiya edirik. İstifadə etdiyimiz bu izoliyasiya sistemi müasir texnoloji həllərə əsaslanmaqla qaza olan tələbatı 3 dəfəyə qədər azaldır. Bunu sadə bir misal ilə izah edə bilərik. Məsələn, izoliyasiya olunmamış 2 otaq 70 m2-lik bir mənzilin isidilməsi və isti su ilə təmin olunması üçün 60 AZN dəyərində və daha çox enerji tələb olunduğu halda, izoliyasiyalı mənzildə bu sadəcə 18-20 AZN dəyərində olur. Tələbatın və sərf olunan maddi resursların azalması öz növbəsində ənənəvi enerji mənbələrindən istifadə edərək havaya atılan zərərli qazların miqdarını da 3 dəfəyədək aşağı salır. Bu izolizasiya sistemi, həmçinin yayda mənzillərin soyudulması üçün tələb olunan elektrik enerjisinin də miqdarını azaldır.”

Sonda isə Mahayət Nəbiyev "Kristal Abşeron”un həyata keçirdiyi layihələrdə enerji sahəsində innovativ texnologiyaların istifadəsinin həm də qazın ixrac olunmasından əldə olunan gəlirə müsbət təsirindən söz açıb. O bildirib ki, "Tətbiq edilən innovativ həllər sakinlərin xərclərini və ekologiyaya olan mənfi təsirləri azaltmaqla bərabər bilavasitə qaz ixracından daxilolmaların artması istiqamətində də rol oynayır. Belə ki, əvvəlki nümunədə göstərdiyimiz rəqəmlərdən yola çıxsaq 100 mənzilli izoliyasiya olunmuş bir bina üçün ümumilikdə aylıq 4000 AZN ((60-20)*100)  dəyərində 40000 m3  qaza qənaət edilərək daxili bazarda istifadə azalır və beləcə qənaət edilmiş qaz qlobal bazara birja qiymətlərinə uyğun olaraq 1000 m3-i təqribi 550 AZN-dən ixrac oluna bilir. Bu faktı nəzərə alaraq deyə bilərik ki, sadəcə 100 mənzilli 1 binanın izoliyasiyalı inşa edilməsi bilavasitə qazın ixracına əlavə olaraq aylıq 22000 AZN (40*550) dəyərində gəlir gətirə bilir.”

Karyera sərgisi digər dövlət və özəl müəssisələrin nümayəndələrinin çıxışları ilə davam edib. Onlar bu cür sərgiləri ali təhsil və sənaye qurumları ilə daha dərin əlaqələrin yaradılmasında, eyni zamanda bu tip tədbirlərin məzunların karyera perspektivlərinin artırılmasında əhəmiyyətini vurğulayıblar.

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
10:09 17.10.2026
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
10:07 17.10.2026
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
09:54 17.10.2026
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
09:42 17.10.2026
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
09:34 17.10.2026
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
09:29 17.10.2026
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
09:21 17.10.2026
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
09:14 17.10.2026
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
09:03 17.10.2026
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
08:59 17.10.2026
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
08:52 17.10.2026
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
08:45 17.10.2026
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
İran Hörmüzün açılması üçün şərtini açıqladı
08:37 17.10.2026
İran Hörmüzün açılması üçün şərtini açıqladı
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
08:30 17.10.2026
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
08:23 17.10.2026
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib
08:16 17.10.2026
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib