CNN: “İranda etiraz aksiyaları zamanı saxlanılan qızlar zorakılığa məruz qalırlar”

CNN: “İranda etiraz aksiyaları zamanı saxlanılan qızlar zorakılığa məruz qalırlar”
DÜNYA
20:40 23.11.2022
185
Amerikanın CNN telekanalı İran təhlükəsizlik qüvvələrinin etirazları yatırmaq üçün zorlama hərəkətlərindən necə istifadə etdiyi barədə xüsusi reportaj hazırlayıb.
 
AZXEBER.COM "report"a istinadən xəbər verir ki, telekanal saxlanıldıqdan sonra İranın Urmiya şəhərində polis bölməsinə aparılan və burada keçirdiyi cəmi 1 gün ərzində zorakılığın şahidi və qurbanı olan Xana adlı kürdəsilli qızla (CNN-in məlumatına görə, qızın adı təhlükəsizlik məqsədilə dəyişdirilib) söhbətləşib.

"Cinsi zorakılığa məruz qalan və sonra başqa şəhərlərə köçürülən qızlar var idi”, - o deyib və əlavə edib ki, polis əməkdaşlarının qadınlara hədə-qorxu gəlməsi səbəbindən insanların çoxu İran həbsxanalarında və təcridxanalarında baş verənlər barədə məlumatlı deyil.

İran daxilində KİV-ə çıxışı ciddi şəkildə məhdudlaşdırıldığından CNN ölkədən qaçan şahidlərdən müsahibə almaq üçün İraqın İran ilə sərhədinə yaxın bir regionunda insanlarla görüşüb. Nəticədə bir neçə etirazçılara qarşı zorakılıq edilməsi barədə xəbərləri təsdiqləyib. Məlumata görə, zorakılıq hərəkətləri lentə alınır və etirazçıları susdurmaq üçün şantaj aləti kimi istifadə olunur.

Xana həbs olunmazdan əvvəl İran həbsxanalarında qadınlarla "çox pis rəftar edildiyi” barədə xəbərdar edildiyini, lakin bundan çəkinməyərək etirazlara qoşulduğunu bildirib.

Qızın sözlərinə görə, həbsxanada olarkən kamera yoldaşları polis bölməsində təcavüzə məruz qaldıqlarını söyləyiblər.

Xana bəxtinin gətirdiyini, saxlanılan bəzi qızların itkin düşdüklərini bildirib. Məsələn, itkin düşmüş qızlardan olan 20 yaşlı Armita Abbasın mülki geyimli polis əməkdaşları tərəfindən xəstəxanaya yerləşdirilib. Onun düz bağırsağından ağır xəsarət aldığı və saçlarının qırxıldığı bildirilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
23:57 15.07.2025
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
23:49 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
23:37 15.07.2025
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
23:16 15.07.2025
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
22:57 15.07.2025
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
22:35 15.07.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
22:25 15.07.2025
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
22:07 15.07.2025
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
21:58 15.07.2025
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
21:51 15.07.2025
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
21:45 15.07.2025
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
21:37 15.07.2025
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
21:27 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
21:15 15.07.2025
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
21:02 15.07.2025
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
20:56 15.07.2025
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb