“CNN Türk”ün spikerinin Türkiyənin Siirt bölgəsində hərbçiləri daşıyan zirehli avtomobilin partladılması nəticəsində 8 əsgər şəhid olması xəbərinə reaksiyası ölkədə etiraza səbəb olub.
“CNN Türk” spikeri Nevşin Mengü şəhid xəbərinə “Twitter”in canlı yayım proqramı “Periscope”da münasibət bildirib.
Mengü terrorun qınanmalı hadisə olduğunu, lakin legal bir partiya olan “HDP”nin cinayətkar hesab etmənin doğru olmadığını söyləyib:
“Bəli, terroru qınayaq, hücumları qınayaq. Ancaq legal bir partiyanı cinayətkar hesab etmək nə dərəcədə doğrudur? Bunu da müzakirə edək”. (qafqazinfo)