'Coca-Cola Məktəbli Kuboku' start götürür - SİYAHI

İDMAN
11:20 29.02.2012
1825

"Qəbələ" FK Futbolun Kütləviləşdirilməsi Departamenti və AFFA mart ayının 1-də Qəbələ rayonu üzrə məktəblərarası “Coca-Cola Məktəbli Kuboku” turnirinə start verir.

 AZXEBER.COM-un məlumatına görə, bu turnir "Qəbələ" FK FKD və AFFA-nın birgə təşkilatçılığı ilə keçirilən ikinci belə turnirdir. İlk turnirdən fərqli olaraq bu turnirdə Qəbələ rayonu üzrə qalib gəlmiş məktəb komandası növbəti mərhələdə Qəbələ rayonunu Azərbaycan üzrə təmsil edəcək. Turnirdə Qəbələ rayonunda yerləşən 25 məktəb iştirak edəcək:

1. Qəbələ şəhər 1 saylı orta məktəb

2. Qəbələ şəhər 2 saylı orta məktəb

3. Qəbələ şəhər 3 saylı orta məktəb

4. Qəbələ şəhər 4 saylı orta məktəb

5. Qəbələ şəhər 5 saylı orta məktəb

6. Bum

7. Həmzəlli

8. Vəndam 1

9. Vəndam 2

10. Vəndam 3

11. Bunud

12. Nohurqışlaq

13. Tüntül

14. Aydınqışlaq

15. Böyük Əmili

16. Hacallı

17. Zarağan 1

18. Zarağan 2

19. Böyük Pirəlli

20. Soltannuxa

21. Nic 4

22. Çuxur Qəbələ

23. Mirzəbəyli

24. Mıxlıqovaq

25. Yemişənli

Turnirin ilkin mərhələsi Qəbələ rayon Böyük Əmili kənd stadionunda baş tutacaq. İlk qarşılaşmada Nic 4, Mıxlıqovaq, Yemişənli, Mirzəbəyli və Çuxur Qəbələ kənd məktəbləri üz-üzə gələcək. Qalib gələcək komanda növbəti mərhələyə adlayacaq.

Qeyd edək ki, "Qəbələ" FK FKD və "Qəbələ" Futbol Akademiyasının məşqçiləri turnirin gedişatı zamanı potensialı ola biləcək oyunçuları öz məşqlərinə dəvət edəcək.

Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR