"İndi bütün boş vaxtımı ailəmə sərf edirəm. Onlarla tətildə zaman keçirməyə can atıram. Valideynlərimə vaxt ayırmaq mənim başlıca prioritetimdir”.
AZXEBER.COM xəbər verir ki bu sözləri Rusiyada məşhurlaşan həmyerlimiz müğənni Coni (Cahid Hüseynli) deyib.
Uzun zamandır ailəsi ilə birlikdə səyahətdə olan ifaçı pərəstişkarlarından gələn mesajlara cavab olaraq bunları deyib:
"Bir az istirahətdən sonra işləməyə davam edəcəyəm. Qalan işimiz mahnını tamamlamaq və müsabiqənin qalibi ilə birgə onu səsləndirməkdir. Sözün əsl mənasında son toxunuşlar qalıb”.
Aysel