Coninin səsi batdı - Konsertlər dayandırıldı

Coninin səsi batdı - Konsertlər dayandırıldı
MAQAZİN
13:10 31.03.2026
116
Azərbaycan əsilli müğənni Coni kimi tanınan Cahid Hüseynl Minskdəki çıxışı zamanı səsinin batdığını bildirərək aprelin ortalarına qədər şəxsi konsertlərini ləğv edib.
 
AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, həkimlər ona səs tellərini itirmək riski olduğu üçün oxumağı, hətta danışmağı belə qadağan ediblər.

Buna səbəb onun səs tellərində olan ihabdır və bu iltihab 27 martda Minskdəki konsert zamanı daha da pisləşib.
 
Musiqiçi hazırda tibbi müşahidə altındadır.
 
Əgər hər şey yolunda gedərsə Coni 19 apreldə səhnəyə qayıdacaq.
 
Aysel
OXŞAR XƏBƏRLƏR