Consondan maraqlı açıqlama: "Əgər Putin qadın olsaydı, bu müharibəni törətməzdi”

Consondan maraqlı açıqlama: "Əgər Putin qadın olsaydı, bu müharibəni törətməzdi”
DÜNYA
15:54 29.06.2022
405
"Putin qadın olsaydı nə edərdi?” sualına Boris Conson belə cavab verib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İngiltərə Baş naziri Boris Conson maraqlı açıqlamaları ilə gündəmdə qalmaqda davam edir. 

Boris Conson Almaniyada yayımlanan "ZDF” kanalına verdiyi açıqlamada Rusiyanın Ukraynaya təcavüzünün Putinin "çılğın və kobud hərəkəti" olduğunu bildirib.

O, "Putin qadın olsaydı, nə edərdi?” sualına belə cavab verib:

"Əgər Putin qadın olsaydı, bu müharibəni törətməzdi”.

Müharibənin sona çatması üçün G7 miqyaslı işlərin davam etdiyini bildirən Conson hələlik masada razılaşma variantının olmadığını da vurğulayıb.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR