"COP29 beynəlxalq konfrans Azərbaycanda yüksək səviyyədə keçiriləcək"

"COP29 beynəlxalq konfrans Azərbaycanda yüksək səviyyədə keçiriləcək"
SİYASƏT
15:30 19.12.2023
246
Azərbaycan öz siyasəti, prinsipiallığı sayəsində, beynəlxalq hüquqa riayət edərək tam hazırlıqlı ordusu  ilə öz tarixi torpaqlarını cəmi 44 gün ərzində işğalçılardan təmizlədi.  Öz suverenliyini bərpa etdi. Bütün dünya Azərbaycanın gücünü gördü. Beynəlxalq aləmdə dövlətimizin hörməti və nüfuzu daha da artdı.

Azərbaycan öz suveren ərazisində separatçılığa qarşı humanitar normalara riayət edərək antiterror tədbirləri keçirdi. Antiterror tədbirləri zamanı bir nəfər mülki şəxsə belə zərər toxunmamışdı. Hətta erməni əsilli vətəndaşlara Qarabağda Azərbaycan vətəndaşı kimi qalıb yaşamaq təklif olunmuşdu. Lakin bir sıra Qərb ölkələri, Fransa da daxil olmaqla  antiterror tədbirlərindən sonra Azərbaycana qarşı əsassız ittihamlar irəli  sürməyə başladılar.

Çox maraqlıdır ki, məğlub edilən ölkə olan Ermənistan belə bu vəziyyətlə barışıb. Lakin digər Qərb ölkələri və əsasən də Fransa bu barışığın baş tutmasını istəmir.

Bütün bunlara baxmayaraq antiterror tədbirlərindən cəmi 2 ay yarım sonra bütün beynəlxalq aləmin hər bir üzvü BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının  29-cu  sessiyasının – COP29-un gələn il ölkəmizdə keçirilməsinə razılıq vermişdir. Onu da qeyd edim ki, Ermənistan da bunu qəbul edərək öz nümayəndəsinin iştirakını təmin edib.

COP 1995-ci ilin mart ayında Almaniyanın Berlin şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası üzərində Ali qərarların verilməsi üçün yaradılmış qurumdur. Konvensiyaya tərəfdaş olan, onu ratifikasiya edən 198 ölkə COP-da təmsil olunur. COP-un missiyası konvensiyadan irəli gələn tələblərin, tövsiyələrin icrasına nəzarət etməkdir. Bu tələblər əsasən qlobal istiləşmə tempini səngitmək, qlobal istiləşməyə məruz qalan ərazilərin  adaptasiyasına dəstək olmaq və 2050-ci ilə qədər sıfır emissiyaya nail olmaqdır. Konvensiyanın ali məqsədi isə iqlim sisteminə insanlar tərəfindən edilən və təhlükəli hesab oluna bilən bütün müdaxilələrin qarşısını almaqdır.

2024-cü ilin 11-24 noyabr tarixlərində Bakıda keçiriləcək konfransda dünyanın 190-dan çox ölkəsini təmsil edən 80-100 min nəfər nümayəndə heyətinin Bakıya gəlməsi gözlənilir.

Çox qürurverici haldır ki, bütün postsovet məkanında ilk dəfə olaraq Azərbaycan Respublikası bu mötəbər sessiyaya ev sahibliyi edəcək. Bu etimad Azərbaycanın bütün dünyada nüfuzunun getdikcə artması deməkdir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin nüfuzu, uzaqgörən siyasəti və bacarığı sayəsində Azərbaycan bütün dünyada humanist, sülhsevər, beynəlxalq qanunlara riayət edən ölkə kimi tanındı. 

120 ölkənin dəstəyi ilə Azərbaycan Qoşulmama Hərəkatına 4 il sədrlik etdi. Sədrlik hətta sonradan bir il də uzadıldı. Prezidentimizin irəli sürdüyü qlobal təşəbbüslər beynəlxalq ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb. Bir çox humanist addımlar atılıb. 

Azərbaycan təhlükəsiz, humanist, multikultural, tolerant bir dövlət kimi bütün dünyada hörmət qazandı.

Dekabr ayının 15-də COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirildi.

Cənab İlham Əliyev müşavirədə irimiqyaslı beynəlxalq tədbirlərin üzərimizə böyük məsuliyyət qoyduğunu vurğuladı. Qeyd etdi ki, biz bu günə qədər bir çox beynəlxalq tədbirlər keçirmişik. Hətta bu il Beynəlxalq Astronavtika Konqresini böyük müvəffəqiyyətlə keçirmişik. Onu da hər kəs bilir ki, bu mötəbər beynəlxalq tədbir ikinci dəfə Bakı şəhərində keçirilib. 50 il bundan əvvəl sovet Azərbaycanının paytaxtı olan Bakıda bu tədbir keçirilmişdir. Ancaq təbii ki, COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Hətta Avropa oyunlarını xatırlasaq, o vaxt 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq gəlmişdi. Ancaq COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq.
 
Ətraf mühit, iqlim ümumbəşəri mahiyyətlidir. Ətraf mühiti qorumaq bu  gün çirklənməkdə olan planetimiz üçün olduqca vacibdir.  Azərbaycan ətraf mühitin təmizlənməsinə həmişə həssaslıqla yanaşıb. Azərbaycanda daim havanın təmizlənməsi üçün ağaclar əkilir, meşəliklər salınır və eyni zamanda bir çox qlobal işlər görülür. Hətta işğaldan azad olunmuş torpaqlarımızdan ermənilərin kəsib satdığı, yandırdığı meşəliklər də tədricən bərpa olunur.

Vətən müharibəsindən dərhal sonra cənab Prezidentimiz Qarabağı, Şərqi Zəngəzuru, Naxçıvanı "yaşıl enerji bölgəsi” adlandırıb. Bu istiqamətdə digər bölgələrimizdə də  genişmiqyaslı işlər görülür. Yaşıl enerjinin növlərinin yaradılması üzərində işlər aparılır, və yaşıl enerjinin dünya bazarına çıxarılması nəzərdə tutulur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Mən şübhə etmirəm ki, COP29 beynəlxalq konfransını  da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək”.

COP29-un Azərbaycanda keçirilməsi, Azərbaycanın bu konfransa ev sahibliyi etməsi hər birimizin sevincinə səbəb olub. 

Biz inanırıq ki, beynəlxalq konfrans Azərbaycanda yüksək səviyyədə keçiriləcək. 

Şəhla Ağbulud
"Abşeron” qəzetinin baş redaktoru
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ-nin silah ehtiyatı tükənə bilərmi? - Hərbi ekspertdən açıqlama
15:33 13.03.2026
ABŞ-nin silah ehtiyatı tükənə bilərmi? - Hərbi ekspertdən açıqlama
Adnan Əhmədzadənin həbs müddəti uzadıldı
15:17 13.03.2026
Adnan Əhmədzadənin həbs müddəti uzadıldı
Quba Palace Hotel-də Novruz bayramı xüsusi proqramla qeyd olunacaq
14:57 13.03.2026
Quba Palace Hotel-də Novruz bayramı xüsusi proqramla qeyd olunacaq
Məşhur fenomenin həbs müddəti uzadıldı
14:52 13.03.2026
Məşhur fenomenin həbs müddəti uzadıldı
"Universitetlərin Bakıdan köçürülməsi sıxlığın azalmasına gətirəcək" - Deputat
14:51 13.03.2026
"Universitetlərin Bakıdan köçürülməsi sıxlığın azalmasına gətirəcək" - Deputat
Dövlət ipotekası ilə mənzil almaq istəyənlər üçün əla xəbər: “Park Yasamal”da mənzillər satışa çıxdı
14:27 13.03.2026
Dövlət ipotekası ilə mənzil almaq istəyənlər üçün əla xəbər: “Park Yasamal”da mənzillər satışa çıxdı
Özbəkistan Prezidenti WUF13-də iştirak edəcək
14:09 13.03.2026
Özbəkistan Prezidenti WUF13-də iştirak edəcək
Türkiyə Müdafiə Nazirliyi İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi
14:06 13.03.2026
Türkiyə Müdafiə Nazirliyi İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi
Bakıda maraqlı toy - Bəy 93, gəlin 42 yaşında - VİDEO
13:59 13.03.2026
Bakıda maraqlı toy - Bəy 93, gəlin 42 yaşında - VİDEO
XİN: İran və İsraildə Azərbaycan vətəndaşlarının xəsarət alması barədə məlumat yoxdur ​​​​​​​
13:57 13.03.2026
XİN: İran və İsraildə Azərbaycan vətəndaşlarının xəsarət alması barədə məlumat yoxdur ​​​​​​​
Prezidentin köməkçisi: Azərbaycan regional dəhlizləri inkişaf etdirir
13:54 13.03.2026
Prezidentin köməkçisi: Azərbaycan regional dəhlizləri inkişaf etdirir
ABŞ Mərkəzi Komandanlığı İraqdakı təyyarə qəzasını təsdiqlədi - 4 nəfər öldü
13:53 13.03.2026
ABŞ Mərkəzi Komandanlığı İraqdakı təyyarə qəzasını təsdiqlədi - 4 nəfər öldü
Tarix Əliyev bu şəxslərə qadağa qoydu
13:44 13.03.2026
Tarix Əliyev bu şəxslərə qadağa qoydu
"Süni intellektlə şəxslərin saxta görüntülərinin yaradılması rəqəmsal terrordur" - Ekspert
13:38 13.03.2026
"Süni intellektlə şəxslərin saxta görüntülərinin yaradılması rəqəmsal terrordur" - Ekspert
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanıldı
13:18 13.03.2026
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanıldı
CNN: ABŞ İranın Hörmüz boğazını bağlama ehtimalını yetərincə nəzərə almayıb
13:13 13.03.2026
CNN: ABŞ İranın Hörmüz boğazını bağlama ehtimalını yetərincə nəzərə almayıb